85 avtobus ehtiyatda saxlanılır - BNA
Bizi izləyin

Nəqliyyat

85 avtobus ehtiyatda saxlanılır - BNA

"Fevralın 27-dən bütün avtobuslarda dezinfeksiya işləri aparılır, sürücülər əlcək və maska ilə təmin edilib. Daimi profilaktik işlər aparılır".

Publika.az xəbər verir ki, bu sözləri Nazirlər kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimov deyib: "Müəyyən sıxlıqlar yaranır. Metrodan istifadə ekspress xətt marşrutları ilə əvəzlənib. Bu günə qədər ekspress xətlərlə 27 min sərnişin daşınıb".

O bildirib ki, dünənə qədər 95 xətt üzrə 21 min sərnişin daşınıb. Hər ekspress xətdə 85 ədəd ehtiyat avtobus var".

Qurum rəsmisi vətəndaşlardan şəxsi izolyasiya qaydalarına riayət etməyi xahiş edib.

Vüsal Kərimov qeyd edib ki, martın 31-də metrodan 66 mindən çox sərnişin istifadə edib: "Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilən ekspress xətlər bu tələbatları ödəyir. Avtobus nəqliyyat vasitələri yerüstü hərəkət etdiyi üçün sıxlıq qaçılmazdır. Sərnişin sıxlığı qismən azalıb, lakin bu problem davam etməkdədir. Hər ötən gün rəqəmlər dəyişir. Normalda bir dəfəyə 80 nəfər daşıyan avtobusun iş rejimi dəyişmək üçün bizə 2-3 min avtobus lazımdır. Bu mümkün deyil. Bu sıxlıq yalnız pik saatlarda yaşanır. Metro bağlandığı üçün dayanacaqlarda "Bakı kart" aparatlarının sayı artırılıb. Vətəndaşlardan xahiş edirik ki, kartlarına tam gediş yükləsinlər. Bu sıxlığa səbəb olur. Eyni zamanda avtobuslarda sıxlıq yarandıqda, sistem vasitəsilə izlənilir. Ekspress xətlər metro istifadəçiləri üçün nəzərdə tutulub. Nəqliyyat karantin rejiminə uyğun qurulub. Vətəndaşlardan bunları nəzərə almaları xahiş olunur".

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm