Nəqliyyat
Bakı bulvarında reyd keçirildi
Səbail Rayon Polis İdarəsinin əməkdaşları Dənizkənarı Milli Parkda velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.
Publika.az xəbər verir ki, ərazidə velosipedlərin hərəkət etməsi üçün müvafiq yerlərin olmasına baxmayaraq, qaydalara əməl etməyən şəxslərlə profilaktik söhbətlər aparılmaqla tövsiyələr verilib. Diqqətə çatdırılıb ki, əhalinin istirahət etdiyi Dənizkənarı Milli Park ərazisində velosipedlərin hərəkətini tənzimləməyən işarələr vurulub və hər bir velosiped istifadəçisi müvafiq qaydalara əməl etməlidir. Yalnız icazə verilən yerlərdə velosipedlərin hərəkətinə heç bir məhdudiyyət tətbiq olunmur. Bununla bağlı Dənizkənarı Milli Parkın mərkəzi əraziləri istisna olmaqla, digər yerlərdə - “Yeni Bulvar” və “Bayıl bulvar”da müvafiq yerlərdə xüsusi zolaqlar ayrılıb ki, orada velosipedlərin hərəkətinə icazə verilir.
Velosiped istifadəçilərinə tövsiyə edilir ki, ərazidə mövcud qaydlara əməl etməklə digər şəxslərin hüquqlarına hörmətlə yanaşsınlar.
Reydlərdə qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, onların barəsində müvafiq protokollar tərtib olunub.
Dənizkənarı Milli Parkda nəzarət-profilaktik tədbirlər davam etdirilir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)