Nəqliyyat
DİN məlumat yaydı - Nəzarət gücləndirilib
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində gücləndirilmiş nəzarət profilaktik tədbirləri davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, paytaxtın hər bir nöqtəsində, eləcə də respublikanın digər iri şəhərləri ilə yanaşı, bölgələrdə də xidmətə cəlb olunan polis və daxili qoşunların hərbi qulluqçuları tərəfindən karantin qaydalarına əməl olunmasına nəzarət daha da gücləndirilib.
Müvafiq icazələri olmadan yaşayış yerini tərk edən şəxslər təyin edilən postlarla yanaşı, polis və hərbi qulluqçulardan ibarət mobil qruplar vasitəsi ilə də müəyyən edilir. Həmin şəxslər polisin xəbərdarlıqlarına əməl etmədikləri təqdirdə barələrində yerindəcə inzibati protokollar tərtib olunur.
"Bir daha vətəndaşlarımızı sərtləşdirilmiş karantin rejimi dövründə polis əməkdaşları ilə yanaşı, bu virusla mübarizə aparan digər dövlət orqanları ilə birgə həmrəylik nümayiş etdirməyə çağırırıq", - Mətbuat xidmətindən bildirilib.







-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

