Nəqliyyat
Sürücülərə ŞAD XƏBƏR: Bu yollar daha tez AÇILACAQ
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişiklik edilib.
Publika.az “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə istinadla xəbər verir ki, dəyişikliyə əsasən, trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq olunan məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılacaq.
İyunun 7-də səhər saat 06:00-dan Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.
Azneft dairəsi - Niyazi küçəsi - İstiqlaliyyət küçəsi - B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutları 20-ci Sahə dairəsi, 65 nömrəli marşrutun isə Azneft dairəsi istiqamətində fəaliyyəti bərpa olunacaq.
Trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq, iyunun 8-də səhər saat 06:00-da aradan qaldırılacaq.
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…












.jpg)
























