Sosial
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.
Publika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Qurumun yaydığı məlumata görə, Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində "Khazar" markalı avtomobilin sürücüsü Elgün Əhmədov ictimai qaydanı kobud şəkildə pozduğu üçün məsuliyyətə cəlb edilib.
Araşdırma zamanı müəyyən olunub ki, sürücü qanunsuz hərəkətləri narkotik vasitənin təsiri altında, kirayəyə götürdüyü avtomobillə törədib. Onun təhlükəli manevrlərlə həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atdığı bildirilib.
Məlumata görə, avtomobildə olan sərnişinlər sürücünü bu hərəkətlərdən çəkindirmək əvəzinə, baş verənləri mobil telefonla lentə alaraq onu daha da həvəsləndiriblər.
Toplanmış materiallar məhkəməyə təqdim olunub. Məhkəmənin qərarı ilə Elgün Əhmədov bir il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilib və bir ay müddətinə inzibati həbs cəzası alıb.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirib ki, yol hərəkəti qaydalarına riayət etmək yalnız qanuni öhdəlik deyil, həm də insan həyatına və təhlükəsizliyinə hörmətin göstəricisidir.
-
Qoroskop03:13Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
Region01:41İran 7 ölkəni HƏDƏLƏDİ - VİDEO
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə23 İyul 21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı










.jpg)









.png)
















