Nəqliyyat
Murov dağının altından 23 kilometrlik avtomobil tuneli tikiləcək
Toğanalı-Kəlbəcər avtomobil yolundan ilboyu fasiləsiz istifadə üçün tunel çəkiləcək.
Publika.az-ın Trend-ə istinadla məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, sözügedən müəssisə tərəfindən Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda aparılan lazımi təmir işləri nəticəsində Müdafiə, Sərhəd və digər qoşun növlərinin hərbi nəqliyyat vasitələrinin, habelə dinc əhalinin fasiləsiz hərəkəti təmin edilib.
Rəis müavini qeyd edib ki, 2021-ci il yanvar ayının 7-də Alban-Udi xristian dini icmasının Milad bayramı ilə əlaqədar olaraq uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksinə və əksinə gedişi də məhz bu yolla - Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilib.
Sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır və Murov dağının altından uzunluğu 23,4 kilometr təşkil edəcək avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur. Bu, imkan verəcək ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün ilboyu fasiləsiz və təhlükəsiz istifadə edilsin.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)






