Nəqliyyat
Yol polisi sürücülərə müraciət etdi - Belə hallar tez-tez baş verir
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi avtomobillərin texniki nasazlığı ilə bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Publika.az-a bildirib ki, ötən gün Bakıda nasaz vəziyyətdə olan “Volkswagen” markalı avtomobil yolda tıxaca səbəb olub. Ərazidə xidmətdə olan yol patrul xidməti əməkdaşları kömək edərək həmin avtomobili yolun təhlükəsiz hissəsinə çıxarıblar. Nəqliyyat vasitələrinin sahibləri onların texniki sazlığına daim diqqət göstərməlidirlər.
“Fotoda göründüyü kimi, nəqliyyat vasitəsi kifayət qədər müasirdir. Lakin bu, o demək deyil ki, avtomobil yenidirsə ona qulluq olunmamalıdır. Hər bir nəqliyyat vasitəsinin sahibi “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinə əsasən, nəqliyyat vasitələrinin sazlığına mütəmadi olaraq diqqət yetirməlidirlər. Çünki bunlar yollarda sıxlığa səbəb olan hallardan biridir. Fotodan da görünür ki, əməkdaşlarımız nasaz olan avtomobilə kömək göstərirlər. Polis əməkdaşları, ümumiyyətlə, belə hallarla tez-tez rastlaşır və həmin avtomobil sahiblərinə kömək etməyi özlərinə borc bilirlər. Bu baxımdan bir daha sürücülərdən xahiş edirik ki, belə hallarla rastlaşmamaq üçün nəqliyyat vasitələrinin texniki sazlığına diqqəti artırsınlar”, - deyə Araz Əsgərli vurğulayıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
