Nəqliyyat
Karantin qaydaları ilə bağlı yenilik - Bu şəxslərdən test tələb edilməyəcək
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına yeni bəndlər əlavə edilib.
Publika.az xəbər verir ki, əlavəyə əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında və Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmadan icazə verilir:
Argentina Respublikası;
Avstraliya İttifaqı;
Braziliya Federativ Respublikası;
Bruney Darüssalam;
Cənubi Koreya Respublikası;
Çili Respublikası;
Ekvador Respublikası;
Kamboca Krallığı;
Kosta Rika Respublikası;
Kuba Respublikası;
Küveyt Dövləti;
Qazaxıstan Respublikası;
Maldiv Respublikası;
Meksika Birləşmiş Ştatları;
Mərakeş Krallığı;
Monqolustan;
Monteneqro;
Norveç Krallığı;
Oman Sultanlığı;
Panama Respublikası;
Salvador;
Uruqvay Şərq Respublikası;
Yeni Zelandiya.
Bu Qərarda nəzərdə tutulan COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
