Nəqliyyat
Noyabrın 8-də Bakıda BU KÜÇƏLƏRDƏ hərəkət məhdudlaşdırılacaq
8 noyabr - Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Publika.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Məhdudiyyət noyabrın 8-də paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub: “Yürüş Bayraq Meydanından başlayaraq şəhərin mərkəzinə doğru “Zəfər Parkı”na qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. Bundan başqa avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub”.
Avtomobil sürücülərindən xahiş edirik ki, qeyd olunan istiqamətlərə, paralel və bitişik küçələrdə bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılır. Vətəndaşlardan şəxsi minik vasitələrindən etməməyə xahiş edirik”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
