Nəqliyyat
Bu avtomobillərin qiyməti ucuzlaşdı
"Tesla" yüksək səviyyəli elektrik avtomobillərinin qiymətlərini aşağı saldı.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" xəbər verir.
Amerika avtomobil istehsalçısının saytında verilən məlumata görə, bir sıra elektromobil modelləri ucuzlaşıb - söhbət ən bahalı konfiqurasiyada olan avtomobillərdən gedir. Belə ki, əvvəllər qiyməti 95 000 dollar olan Model S-in tam ötürücülü versiyası indi 90 000 dollara, Model S Plaid 115 000 dollar əvəzinə 110 min dollara, Model X AWD 110 000 dollar əvəzinə 100 min dollara, Model X Plaid isə 120.000 dollar əvəzinə 110 min dollara satılır.
Beləliklə, elektromobillərin bütün premium versiyaları 49 faiz ucuzlaşıb. Agentliyin jurnalistləri qiymət endiriminin - ilin əvvəlindən bəri beşinci dəfə - "Tesla"-nın baş direktoru İlon Maskın daha ucuz avtomobillərin tələbi artırdığını deməsindən bir neçə gün sonra baş verdiyini qeyd ediblər.
"İnsanların "Tesla"ya sahib olmaq istəyi son dərəcə yüksəkdir. Məhdudlaşdıran amil onların ödəmə qabiliyyətidir”, - Mask bildirib.
Ekspertlərin fikrincə, "Tesla"nın ən bahalı avtomobilləri şirkətin qlobal tədarüklərinin təxminən dörd faizini təşkil edir. Jurnalistlər qeyd ediblər ki, yanvar ayında korporasiya elektromobillərin qiymətini 20 faizədək azaldıb və bir çox analitiklər bunu elektromobil bazarında "qiymət müharibəsi"nin başlanğıcı adlandırıblar.
Aydan
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


