Nəqliyyat
Ödənişli yolla bağlı YENİLİK
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün "Sürətli keçid kartı"nın balansını artıq onlayn şəkildə də artırmaq mümkündür.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Onlayn balans artırmaq üçün:
1. www.odenisliyol.az rəsmi internet səhifəsinə daxil olun;
2. "Balans artırma" bölməsini seçin;
3. Qeydiyyat zamanı təqdim edilmiş hesab məlumatlarını daxil edərək sistemə giriş edin;
4. "Mənim səhifəm" bölməsindən "Etiket vəziyyəti" alt bölməsinə keçid edin;
5. "Balans artırma" bölməsini seçin və bank kartı məlumatlarını daxil edərək ödənişi tamamlayın.
Kartın balansını satış məntəqələrində də artırmaq olur.
Balans artırma və "Sürətli keçid kartı"nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.
"Sürətli keçid kartı"nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi




































