İdman
Tanınmış tennisçi futbolçu oldu
Avstriyalı tennisçi - dünya reytinqinə düşən üçüncü tennis ustası Dominik Tiem futbolla məşğul olmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
32 yaşlı idmançı Avstriya çempionatının səviyyəsinə görə səkkizinci divizionunda çıxış edən “Baden” klubu ilə müqavilə imzalayıb.
“Onun həm də yaxşı futbolçu olduğunu eşitmişik. Burada oynayacağını gözləyirəm. Amma əsas heyətdə yer qazanmaq üçün hər kəs mübarizə aparmalıdır”,-deyə komandanın direktoru Sergey Petroviç deyib.
Tiemin hesabında ATP turnirlərində fərdi yarışlarda 17 titul var. Avstriyalı tennisçi 2020-ci ildə “US Open” turnirinin qalibi olub. O, həmçinin “Australian Open” (2020) və “Roland Garros” (2018, 2019) turnirlərində finala yüksəlib.
-
İdman22:00Azərbaycan-Lixtenşteyn matçı qolsuz bitdi - YENİLƏNDİ
-
ABŞ21:48Putin Trampın xanımına müraciət etdi - “Heç bir istehza olmadan...”
-
Nəqliyyat21:24Tbilisiyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ - Yeni qaydalar tətbiq olunur
-
Magazin120:36Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Magazin218:48Adriana Limanın yeni videosu izləyiciləri dəhşətə gətirdi - VİDEO
-
Avropa15:26Kimə nə qədər pul ayrılacağına Lyayen qərar verəcək - Aİ-də 2 trilyon avroluq qalmaqal
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi













.jpg)


.jpg)
















.jpg)

