Nəqliyyat
Avtovağzalda avtobus qıtlığı qiymət artımına səbəb olub? - AÇIQLAMA
Novruz bayramı münasibətilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin axını müşahidə olunub.
Publika.az xəbər verir ki, bayram istirahətindən istifadə edən çox sayda vətəndaş bölgələrə üz tutub. Ancaq avtobus azlığı problemi sərnişinlərin saatlarla avtovağzalda qalmalarına səbəb olub.
Həmçinin bəzi sürücülərin sərnişin tələbinin artmasından istifadə edərək qiymətləri artırdıqları bildirilir. Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb. Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təqdim olunan videoda yer alan nəqliyyat vasitəsi Bakı-Göyçay reysini həyata keçirən avtobusdur. Bu reys üzrə bütün biletlər 10 gün əvvəl onlayn şəkildə satılıb və avtobus platformaya zamanında təqdim olunub.
Videoda əks olunan digər nəqliyyat vasitələri isə Bakı-İsmayıllı reysini həyata keçirən avtobuslardır.
Agentlikdən verilən məlumata görə, avtovağzaldakı avtobusların çıxışı perronlara görə zonalaşdırılıb və eyni istiqamətdə hərəkət edən avtobuslar müxtəlif platformalarda dayanır. Buna görə də, videodakı iddiaların həqiqəti əks etdirmədiyi qeyd olunub.
Qeyd edək ki, Novruz bayramı günlərində paytaxtdan bölgələrə ümumilikdə 28 000-ə yaxın sərnişin daşınıb. Bayram tələbatını qarşılamaq məqsədilə 19-20 mart tarixlərində əlavə olaraq 285 reys təşkil edilib.
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?











.jpg)




























