Nida.az
MSK şikayətlərə baxdı: daha iki nəfərin namizədliyi qeydə alındı
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda bəzi dairə
seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Sonra bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə
əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
MSK katibi Arifə Muxtarova 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən namizədliyini irəli sürən Sərdar Mehdiyevin MSK-ya müraciət etdiyini deyib: “Vətəndaş bildirib ki, DSK əsassız olaraq onun namizədliyini qeydə almayıb. MSK-nın İşçi Qrupu məsələni araşdırıb və DSK-nın düzgün qərar çıxardığı məlum olub”.
57 saylı Kürdəmir Seçki Dairəsindən namizədliyini irəli sürən Azad
Mürsəliyev MSK-ya müraciət edib. O, müraciətində bildirib ki,
DSK-nın qərarı əsassızdır. Məlum olub ki, onun DSK-ya təqdim ediyi
imzalardan bir hissəsi etibarsızdır və namizədliyin qeydə alınması
üçün yetərli deyil. Ona görə də A.Mürsəliyevin namizədliyi qeydə
alınmayıb.
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizədliyini irəli
sürən Ulduz Quliyeva DSK-nın onunla bağlı qərarından şikayət edib.
DSK namizədin təqdim etdiyi imzaların yetərli olmadığını əsas
gətirib. U. Quliyevanın namizədliyi qeydə alınmayıb.
18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən namizədliyini irəli
sürən Ramin Hüseynovun şikayətinə baxılıb. MSK R. Hüseynovun
deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı DSK-nın
qərarını ləğv edib. Onun namizədliyi qeydə alınıb.
32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürən Namiq Əliyevin müraciətinə baxılıb, onun namizədliyi də qeydə alınıb.
19 saylı Nərimanov birinci Seçki Dairəsindən namizədliyini irəli sürən Mübariz Rəhimlinin şikayəti təmin edilməyib.
Asif
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır


















.jpg)











.png)

.jpg)






