Çavuşoğludan XƏBƏRDARLIQ: “Aprel hadisələri təkrarlana bilər”
Bizi izləyin

Nida.az

Çavuşoğludan XƏBƏRDARLIQ: “Aprel hadisələri təkrarlana bilər”

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu Ermənistan hərbiçilərinin atəşkəsi pozması nəticəsində Milli Ordunun baş leytenantının təmas xəttində şəhid olmasına münasibət bildiriblər.

Publika.az xəbər verir ki, hər iki nazir Azərbaycan Ordusunun şəhid olan zabitinə Allahdan rəhmət diləyiblər.

İlk olaraq nazir E.Məmmədyarov Ermənistanı atəşkəsi növbəti dəfə pozduğuna görə qınayıb.

Nazir deyib ki, Ermənistanda bəzi qüvvələr danışıqların müsbət nəticələnməsini istəmirlər: "Danışıqlar zamanı Ermənistan hərbiçiləri tərəfindən təmas xəttində bu cür təxribatlar bundan öncə də törədilib. Diplomat olaraq istərdim ki, biz danışıqları daha da intensivləşdirək ki, bu cür hallara son qoyulsun. Bunun üçün də ilk növbədə erməni hərbiçiləri geri çəkilməlidir".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da şəhid olan zabitimizin ailəsinə başsağlığı verib.

M.Çavuşoğlu qeyd edib ki, Ermənistan tərəfi atəşkəsi pozmaqla, danışıqlar prosesinə əngəl olmağa çalışır: "Bu cür halların nəticəsində də təmas xəttində ölüm halları baş verir. Ermənistan atəşkəsə əməl etməlidir. Әks halda aprel hadisələri yenidən təkrarlana bilər".

M.Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Türkiyənin də intensiv işlər apardığını söyləyib: "Bu yaxınlarda Ankarada ATӘT-in Minsk qrupu həmsədr ölkələri rəsmilər ilə də münaqişə ilə bağlı müzakirələr aparılacaq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm