Nida.az
Mətbuat Şurası: "Qaynar xətt”ə jurnalistlərdən müraciət daxil olmayıb
Saat 12:00-dək Azərbaycan Mətbuat Şurasının referendumla bağlı yaratdığı "qaynar xətt"ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb.
Bu barədə Publika.az-a Şuradan məlumat verilib.
Bildirilir ki, paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olublar.
Qeyd edək ki, Mətbuat Şurasının 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək "qaynar xətt" rejimində fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.
Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər
edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir.
Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa
çatacaq.
Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki
Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin,
Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif
beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir.
Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.
Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.
-
Hadisə16:27Görüşlərə hərbi formada gələn "məmur" - Şirkətlərə 358 min ziyan vurub
-
İdman14:54Millimizin üzvü Almaniya klubunda
-
MDB14:15Rusiyanın ən böyük zavodlarından biri Ukraynanı dəstəklədiyi üçün satışa çıxarıldı
-
Region14:05İranda dəhşət: Qadını küçədə elə hala saldılar ki... - VİDEO
-
Magazin213:50"Şmatko" görmə qabiliyyətini itirib?
-
ABŞ13:34Dünya bundan danışır: Saniyələr ərzində dondu – VİDEO
-
Maraq dünyası11:46Buzlu suyun altında 20 saat qalan kişi sağ tapıldı
-
Nəqliyyat11:30Bir mübahisə, onlarla zərərçəkən: Sürücü pul yığmalıdır, yoxsa...





































