Şeyxin qardaşı İranla münasibətlərdən danışdı
Bizi izləyin

Nida.az

Şeyxin qardaşı İranla münasibətlərdən danışdı

Şeyxin qardaşı İranla münasibətlərdən danışdı

“Bir il öncə biz böyük bir heyətlə İranda olanda, onların dini lideri Ayətullah Xomneyi Azərbaycanla bağlı dedi ki, biz qardaşıq. Bu gün Azərbaycan-İran münasibətləri çox normaldır, sadəcə, buna mane olmaq istəyənlər var.

Bu sözləri deputat Cavanşir Paşazadə publika.az-a açıqlamasında deyib. O, İranla dostluq etməyin bizim xeyrimizə olduğunu qeyd edib: “İranın 75 milyonluq əhalisi var, Azərbaycanın İranla dostluq etməsi xeyrimizə olar. Bu siyasət aparılan siyasətdə öz əksini tapıb. Cənab Prezident də çıxışlarında bildirib ki, biz bütün dövlətlərlə münasibət saxlamalıyıq, o cümlədən, İranla. Mən bu baxımdan iki ölkə arasındakı əməkdaşlığı alqışlayıram. İran Azərbaycanın həyatını yaxından izləyir, burda sabitliyin olması onların marağındadır. Həmçinin cənub bölgəsi bu ölkə ilə yaxındır, orda qohumluq əlaqələri də çoxdur”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm