Nida.az
Minsk qrupunun həmsədrləri oktyabrda regiona səfər edəcək
ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabr ayında regiona səfər edəcək.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.
Nazir deyib ki, həmsədrlərlə Nyu-Yorkda görüşüb: "Həmsədrlər hesab edirlər ki, işimizi davam etdirməliyik. Təklif etdilər ki, gələn ay regiona gəlsinlər. Həmsədrlər oktyabrda regiona səfər edəcəklər. Çox güman ki, səfər oktyabrın 2-ci yarısı olacaq. Hazırda səfərin tarixi dəqiqləşdirilir".
E.Məmmədyarov deyib ki, həmsədrlər həm Azərbaycan, həm də Ermənistana gedəcəklər: "Ola bilsin ki, ondan sonra prezidentlərin görüşü və ya görüşlə bağlı hansı təklifləri irəli sürəcəkləri müəyyənləşəcək".
XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrovla da bu məsələni müzakirə etdiyini bildirib: "Prezidentlərin Sankt-Peterburq görüşündə də qeyd olundu ki, bir də görüşmək lazımdır ki, məsələni irəli aparaq". (trend)
-
Region01:41“Dünyaya nələrə qadir olduğumu göstərəcəyəm” - Qatilin dəhşətli mesajları
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil16 Aprel 22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB16 Aprel 21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin116 Aprel 21:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama



































