Nida.az
Bolqar səyahətçinin adı "qara siyahı"sından çıxarıldı
Bolqarıstan vətəndaşı, "Besttechnia TM-Rodimo PAD" şirkətinin əməkdaşı və səyahətçi Valentin Dreharski məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, məktubunda V.Dreharski Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, V.Dreharski Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. V.Dreharski həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
V.Dreharskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
-
Magazin114:27Roza Zərgərli: Onlar mənim simamda Azərbaycan mədəniyyətini salamlayırlar
-
MDB14:00Ukrayna Kurtovkanı belə itirdi - VİDEO
-
Magazin213:25Uşağını qucağına götürən müğənni xəstəxanalıq oldu - FOTOLAR
-
Ekologiya12:42Sabahın hava proqnozu açıqlandı
-
Yaxın Şərq12:08İranın Xark adasında partlayışlar eşidilir
-
İdman11:00Günün oyunları - AFİŞA
-
MDB09:38Ukraynanın metallurgiya zavodları vuruldu
-
İqtisadi gündəm08:30Azərbaycanda yeni qayda qüvvəyə mindi - Detallar










.jpg)









.png)















