Tərkibində narkotik olan bitkilər məhv ediləcək
Bizi izləyin

Nida.az

Tərkibində narkotik olan bitkilər məhv ediləcək

Tərkibində narkotik maddə olan bitkiləri məhv etmək hüququ və fiziki şəxslərin vəzifəsi elan olunub.

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqınd” Qanun layihəsi müzakirəyə çıxarılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun layihəsi narkomaniyaya qarşı mübarizəni gücləndirəcək: “İnzibati xətalar məcəlləsinə təklif olunan dəyişikliklər prezidentin 2013-cü ildə imzaladığı sərəncamdan irəli gəlir. Qanun layihəsindəki dəyişilik ondan ibarətdir ki, tərkibində narkotik maddə olan bitkilərin məhv edilməsi həm fiziki, həm də hüquqi şəxslərin vazifəsidir. Həm hüquqi, həmdə fiziki şəxslərin idarəsində olan torpaqlarda aşkar edilən narkotik maddələr həmin şəxslər tərəfindən məhv edilməlidir. Əgər bu məhsullar aşkarlandığı zaman məhv edilməsə torpaq sahibləri qanun qarşısında cavab verəcək və onlar haqqında tədbir görüləcək. Bu qanun layihəsi ölkəmizdə narkomaniyaya qarşı mübarizəni daha da sürətləndirəcək”.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm