Nida.az
Müxalifətin “yay yuxusu”: kim yatmış, kim oyaq?
Yay gəldi, istilər düşdü, hər kəs daldalanmağa kölgə axtarır. Adətən, siyasi fəallığın aşağı düşdüyü bu fəsildə müxalifətin də fəaliyyəti gözə dəymir. Amma müxalifətin “yay yuxusu” lap əvvəldən başlayana daha çox bənzəyir. Ötən il seçkilərdən sonra, demək olar ki, bu düşərgə kölgəyə daldalanıb, ordan çıxana da heç oxşamır. Bu baxımdan ortaya sual çıxır: müxalifətin yuxusu fəsillə bağlıdır, yoxsa...?
Publika.az siyasilərlə müxalif düşərgənin “yuxusunu yozub”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab
edir ki, müxalifətin passivliyi indiki məqamda lazımlıdır. Onun
sözlərinə görə, aktivlik və passivlik milli maraqlara xidmət edən
zaman edilməlidir: “Yoxsa milli maraqlara xeyir də olsa, ziyan da
olsa, aktivlik göstərmək doğru deyil. Dünyanın diqqəti
Ukraynadadır. Buna paralel olaraq Azərbaycanda baş verə biləcək
hadisələrə dünya ictimaiyyəti adekvat reaksiya verməyəcək. O
baxımdan, Azərbaycanın sakitliyə ehtiyacı var. Çünki Rusiya
Ukraynadakı siyasətinə legitimlik qazandırmaq üçün kənar ölkələrdə
provokasiyalar planlaşdırır. Bu, nəzəri cəhətdən belə də olmalıdır.
Misal üçün, Azərbaycanda vətəndaşların hüquqları ilə bağlı hansısa
mitinq keçirilə bilər, amma Rusiya o mitinqdə elə təxribat edər ki,
dünya ictimaiyyəti onun Ukraynada etdiklərinə haqq qazandırmalı
olar”.
S. Cəlaloğlu onu da qeyd edib ki, müxalifətin uzun müddət yanlış olaraq apardığı siyasət nəticəsində belə fikir formalaşıb ki, siyasi aktivlik yalnız küçələrə çıxmaq, mitinq etmək, döyülmək, söyülmək, həbs olunmaqdır. “Halbuki aktivlik bu deyil. Biz ölkədə və dünyada gedən siyasi proseslərə qiymət verir, hakimiyyət üzərində ictimai nəzarəti yerinə yetirir, xalqı maarifləndiririk. Təbii ki, bacardığımız qədər. Çünki bizim üzümüzə telekanallar bağlanıb, yalnız qəzet və saytlar vasitəsilə, şəxsi ünsiyyətlə fikirlərimizi çatdırırıq. O başqa məsələ ki, dünya dağılır, müxalifət səsini çıxartmır. Amma ümumilikdə piket, mitinq aktivlik göstəricisi hesab oluna bilməz. Gərək kimlərsə küçələrə çıxa, təxribat ola?!”– deyə o bildirib.
Partiya sədri qeyd edib ki, siyasi partiyaların nizamnamələri
işləyir, rəhbər orqanları toplaşırsa, deməli fəaliyyət də var.
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə
isə müxalifətin yatmasını belə qiymətləndirib: “Qoy sakit olsunlar,
həyatlarında, heç olmasa, bir kitab oxusunlar. Çünki onlar 1988-ci
ildə meydana necə gəlmişdilərsə, o səviyyədə də qalıblar. İnkişaf
etmirlər, öz üzərlərində işləmirlər, savadları artmır. Siyasi
mübarizədən danışarkən bir dənə mitinq yadlarına düşür, başqa şey
bilmirlər. Deyəndəki ortaya proqram qoy, deyirlər hakimiyyətə
gələrik, görərsiniz”.
A. Əlizadə müxalifəti savadsızlıqda da ittiham edib.
“Müxalifət olan Rəsul Quliyev potensiala potensiya deyir. Bu da
onların savadı”– deyə o bildirib.
Vətəndaş və İnkişaf Partiyasının sədri (VHP) Əli Əliyev hesab edir
ki, müxalifətin passivliyi ölkədəki vəziyyətlə bağlıdır. Onun
fikrincə, müəyyən məhdudiyyətlər də burda əsas səbəblər
sırasındadır: “Həmçinin seçki aralıqlarında bu cür passivliklər ola
bilər. Adətən, güclü, böyük ölkələrin müxalifətləri də güclü olur.
Amma bu, Azərbaycanda bir qədər fərqlidir. Bizdə siyasi institutlar
zəifdir və fikrimcə, bu fəxr ediləsi məsələ deyil. Mən müxalifətin
passivliyində müəyyən qədər iqtidarın da günahı olduğunu
düşünürəm”.
Müsavat başqanının müşaviri Səxavət Əlisoy isə müxalifətin
məzuniyyətə çıxdığını düşünür. Onun sözlərinə görə, mübarizə
taktikasının yanlış olduğunu etiraf etmək lazımdır: “Amma biz bunu
etiraf etmirik. Sanki bunu desək tufan qopacaq, cəmiyyətin gözündən
düşəcəyik. Onsuz da bəzilərinin hikkəsi, təkəbbürü sayəsində
gündən-günə gözdən düşməkdəyik. Deyəndə ki, bəzi müxalifət
liderləri depressiyaya məruz qalıb, ağız büzənlər olur. 3-4 kəsin
parlament mandatı qazanmasından yana səfərbər olmaq əsla
müxalifətçilik deyil, bunun adı nədir, hər kəs yaxşı bilir.
Dəyişmək zamanıdır, cənablar. Populizmə biryolluq son qoyulmalı,
reallığa söykənən mübarizə taktikası seçilməli, başın deyil,
başların qəbul etdiyi qərarlar verilməlidir”.
S. Əlisoy hesab edir ki, müxalifət ya yeni bir keyfiyyət ortaya
qoymalı, ya da məzuniyyətdə qalmağa davam etməlidir.
Asif Nərimanlı
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim