Nida.az
"Bu, teleradio sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur" - FOTO
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 6 noyabr Radio və Televiziya İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, millət vəkilləri, media nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, o cümlədən, teleradio işçiləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Əli Həsənov radio və televiziyanın Azərbaycan tarixi və ictimai-sosial həyatındakı əhəmiyyətinə toxunub. Prezidentin köməkçisi bu bayram günündə teleradio əməkdaşlarına yaradıcılıq uğurları arzulayıb: “Arzu edirəm ki, bundan sonra teleradio sahəsində yalnız yaxşı şeylər eşidək. Yetişməkdə olan gənc nəslin Azərbaycanın milli-mənəvi dəyərləri, Azərbaycan dilinin saflığı, Azərbaycanın milli birliyinin qorunmasına təşviqi istiqamətindəki fəaliyyətinizin şahidi olaq”.
Daha sonra Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qonaqları salamlayıb. O, 93 illik tarixi inkişaf yolu keçən teleradionun ciddi dəyişikliklərə məruz qaldığını söyləyib: “Teleradio yayımı cəmiyyətimizdə fəaliyyət göstərən ən mühüm sahələrdən biridir. Hazırda teleradio yayımı kütləvi informasiya vasitələrinin ən əsas yayım formalarından biri kimi cəmiyyətə təsir imkanlarına, Azərbaycan xalqının maariflənməsi və cəmiyyətin düzgün istiqamətə yönəlməsi çərçivəsində göstərdiyi xidmətlərə görə öz əhəmiyyətini qoruyub saxlayır. Bu da teleradio yayımı sahəsində çalışan işçilərin üzərinə böyük məsuliyyət qoyur. Hələ sovetlər dövründə də radio və televiziyanın fəaliyyətində Azərbaycan xalqının milli-mənəvi dəyərlərin, tarixin, ədəbiyyatın, mədəniyyətin təbliği ilə bağlı məsələlər hər zaman prioritet istiqamət olub. Sovetlər dövründə belə, Azərbaycanın görkəmli şəxsiyyətləri, yazıçıları, bəstəkarları, alimləri teleradio yayımında ədəbi-bədii mühit yaradıblar. Müstəqillik dövründə isə xüsusi bir dəyişiklik baş verdi və özəl teleradio kanalları fəaliyyətə başladı. Bundan başqa, yayım üsullarında yenilik oldu və mobil, peyk yayımı, internet yayımı meydana gəldi. Hazırda Azərbaycanda 95-dən çox qurum televiziya və radio yayımının müxtəlif növləri ilə məşğul olur. 12 televiziya kanalı, 3 peyk vasitəsilə yayım edən televiziya kanalı, 12 radio, 12 regional televiziya kanalı, 18 kabel televiziyası fəaliyyət göstərir və bu sahələrdə çox ciddi uğurlar əldə edilib. Biz Milli Televziya və Radio Şurası olaraq çalışırıq ki, bu fəaliyyət sahələrində meydana gələn və əhalinin narazılığına səbəb olan problemləri imkanlarımız daxilindı həll edək və radio, o cümlədən, televiziyanın işini təkmilləşdirək. Bu peşə bayramı münasibətilə hamını ürəkdən təbrik edirəm”.
Tədbir tanınmış incəsənət xadimləri Mübariz Tağıyev, Alim Qasımov, Fərqanə Qasımova, Mənsum İbrahimov, Lalə Məmmədova və Rəşad İlyasovun ifasında təqdim olunan konsert proqramı ilə davam edib.
Azərbaycan Televiziya və Radiosunun“Qaytağı” instrumental ansamblı və Niyazi adına Dövlət simfonik orkestri xüsusi kompozisiyalarla qonaqların zövqünün oxşayıb.
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?