Nida.az
Bakı metrosunda möhtəşəm TANQO ŞOUSU - - FOTOLAR
“Bakı Metropoliteni” QSC-nin təşkil etdiyi müxtəlif sosialyönümlü layihələr həmişə sərnişinlərin marağına səbəb olub.
QSC-dən Publika.az-a verilən məlumata görə, noyabr ayının 8-də saat 17:00-da “İçərişəhər” stansiyasında təşkil edilən tədbir şəhər sakinləri və qonaqlarına əyləncəli dəqiqələr yaşadıb. Tədbirin əvvəlində Argentina Respublikasının Azərbaycandakı səfiri Serxio Osvaldo Peres Qunelya, xidmət şöbəsinin rəisi Lalə Babayeva və “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov iştirakçıları və qonaqları salamlayaraq, onlara xoş istirahətlər arzulayıblar.
Səfir Qunelya Bakı metropoliteni tərəfindən keçirilən bu tədbirin iki ölkə arasında mədəni, sosial əlaqələrin möhkəmləndirilməsi və inkişafı, həmçinin ecazkar tanqo rəqsinin təbliği baxımından çox əhəmiyyətli bir sosialyönümlü layihə olduğunu bidirib. O, Argentinadan gələcək ulduz rəqs ustalarının iştirakı ilə Bakıda böyük tanqo festivalı ərəfəsində bu tədbirin metro stansiyasında keçirilməsinə yaratdığı şəraitə görə Səhmdar Cəmiyyətin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Lalə Babayeva tanqonun Azərbaycanda sevildiyini qeyd edərək, Bakı metropolitenində təşkil edilən sosial yönümlü tədbirlər sırasında bu layihənin də xüsusi yer tutacağını qeyd edib.
Bəxtiyar Məmmədov Bakı metropoliteni işçilərinin peşə bayramı günündə belə bir təşəbbüslə çıxış edərək, sərnişinlərə ecazkar tanqo sədaları və rəqqasların iştirakı ilə musiqili anlar bəxş etdiyi üçün Argentinanın Azərbaycandakı səfirliyinə təşəkkürünü ifadə edib. O qeyd edib ki, son bir ildə “United Cultures” təşkilatının dəstəyi ilə keçirilən bu sosial yönümlü aksiyalar dünyada xalqların, mədəniyyətlərin inteqrasiyasına bir töhfədir. Xüsusən peşəkar tanqo ifaçılarının həvəskarlara verəcəyi tövsiyələr də izsiz ötüşməyəcək.
Qeyd edək ki, noyabrın 29-dan dekabrın 1-dək Bakı şəhərində Argentinanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq və “United Cultures” təşkilatının dəstəyi ilə keçiriləcək III Bakı Tanqo Festivalı çərçivəsində metro stansiyada keçirilən tanqo şousu tamaşaçıların böyük marağına səbəb olub.
Şounun gedişində Azərbaycanın peşəkar tanqo ifaçıları tanqoyla yaxından maraqlanan sərnişin və tamaşaçılar üçün master klasslar da təşkil edilib.
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi




















.jpg)



.webp)










