Nida.az
Paşinyan Sarksiyanın "başını necə yedi"?
“Ermənistanda prezident kürsüsündə oturan şəxsin səlahiyyətləri olduqca məhduddur. Baş nazir Nikol Paşinyanla Armen Sarksiyan arasında anlaşmamazlıqlar həddən artıq çox idi”.
Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq qeyd edib ki, Armen Sarksiyan belə etməklə guya Ermənistan daxilində olan böhranla əlaqəsinin olmadığını göstərmək istəyir: “Əslində onun hakimiyyətə gəlməsi Serj Sarksiyan ilə bağlıdır. Çünki o, Serj Sarksiyanın namizədi idi. Serj Sarksiyan istəyirdi ki, parlamentli idarəetməyə keçsin və özü də orada baş nazir kürsüsündə otursun. Buna görə də o, Böyük Britaniyada səfir olan Armen Sarksiyanı gətirdi. Yəni bütün bu proseslərin kökündə duran şəxsi maraq idi”.
T.Abbasov vurğulayıb ki, Serj Sarksiyan çalışırdı ki, öz hakimiyyətini möhkəmləndirsin. O həm də çalışırdı ki, hakimiyyət əldən çıxmasın. 2018-ci ildə baş verən hadisələr isə onun üçün gözlənilməz oldu. Küçələrdə baş verənlərin proseslərə hakim kəsilməsini o vaxtkı hakimiyyət gözləmirdi. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Armen Sarksiyan ilə aralarında gərginliklər yaşandı. Hətta müharibə dövründə Paşinyan Ermənistan Baş Qərargah rəisini işdən kənarlaşdırarkən, Armen Sarksiyan buna etiraz etdi. Yəni baş nazirin göndərdiyi sərəncama qol çəkməkdən imtina etdi. Bütün bu proseslər göstərir ki, Nikol Paşinyanla Armen Sarksiyan arasında gərgin münasibətlər var idi. Sarksiyan istəyir ki, baş verən hadisələrdən kənarda olduğunu göstərib, özünə bəraət qazandırsın. Nikol Paşinyan göründüyü qədər sadəlöv biri deyil. O anlıyırdı ki, manevr imkanlarını genişləndirməlidir və istəyir ki, prezident kürsüsündə öz adamlarını görsün. Yəni Paşinyan onunla həmahəng işləyəcək bir insan istəyir".
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


