Nida.az
Bu, böyük qayıdışın işartısıdır - Deputat
“Vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlarımıza səfər edə bilməsi çox gözəl haldır. Bu cür təşəbbüslər ilə məskunlaşma başlayana qədər orada yaşayan şəxslər həmin əraziləri görmək imkanı əldə edirlər”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, 30 il ərzində həsrət qaldığımız ərazilərə artıq ayaq basa bilirik: “Öz doğma torpaqlarının həsrətində olan vətəndaşlarımız rahatlıqla bu ərazilərə gedə bilir. Bu torpaqlara ayaq basmaq, oranı görmək böyük bir hadisədir. İşğaldan azad olunmuş ərazilərə sərnişin daşımanın həm də siyasi əhəmiyyəti var. Çünki Beynəlxalq ictimaiyyət bu torpaqların Azərbaycana aid olduğunu və azərbaycanlıların həmin ərazilərə necə bağlı olduqlarını görürlər”.
E.Məmmədov vurğulayıb ki, artıq düşmən bu torpağın sahiblərinin azərbaycanlılar olduğunu qəbul edir: “Biz işğaldan azad olunmuş ərazilərə gedərək, doğma torpaqlarımıza qayıdışın ilk addımını atdıq. Şuşa və Ağdama turların təşkil olunması bir daha düşm ölkəyə və bütün dünyaya sübut edir ki, bu torpaqların əzəli sahibləri bizik. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan doğma torpaqlarını düşmən tapdağından azad etdi və bu gün isə həmin əraziləri ziyarət etmək mümkündür. O ərazilərə gedə bilmək müqəddəs ziyarət hesab olunmalıdır. Çünki erməni vandalları tərəfindən dağıdılmış yurd-yuvalarımızı görə bilirik. Biz bu gün həmin ərazilərə gedə biliriksə, bu, böyük qayıdışın işartısıdır”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
