Nida.az
Fransada prezident seçkilərinin pərdəarxası məqamları - ŞƏRH
“Fransada prezident seçkiləri bu dəfə bir qədər fərqli ab-havada keçir. Əgər biz namizədlərin siyahısına baxsaq və əhalinin ən çox ümid bəslədiyi namizədlərə də nəzər yetirsək görərik ki, onlar arasında indiki hakimiyyət Emmanuel Makronun partiyası, həmçinin sağ ideologiyalı və ultra sağçı partiyalar üstünlük təşkil edir. Yeri gəlmişkən Pekres də Makrondan sonra öz şansına görə hələlik ikinci yerdə dəyərləndirilir”.
src="/storage/files/upload/9f133dc92ba8e55139d564255cfb53ef4a381328.jpg" style="width: 739px; height: 598.101px;" class="fr-fic fr-dib fr-fil">
Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, əslində, biz Pekresin avtobioqrafiyasına baxsaq, onun müxtəlif xarici dövlətlərlə əlaqədə olduğu görəcəyik: “Fikrimcə, bəzi erməni namizədlərin Ermənistana gəlsə də Qarabağın dağlıq hissəsinə gedə bilməməsi, lakin Pekresin getməsi onun arxasında bəlli qüvvələrin olmasını çox aşkar bəlli edib. Rusiya ilə yaxınlığı olan Pekres Xankəndinə gedə bildi. Bu artıq bir sıra şübhələr yaradır ki, həqiqətən də Pekresin Fransadakı seçkilərdə qalib gəlməsi Moskva üçün ən optimal variant ola bilər. Ümumiyyətlə, Pekres ətrafında baş verənlər və onun Azərbaycanla bağlı etdiyi çıxışlar Fransanın daxili siyasətində Makrona təzyiq alətidir. O erməni diasporasının üzvlərinin Makrondan uzaqlaşmasını və onun özünə yaxınlaşmasını əsas hədəf götürərək Qarabağın dağlıq hissəsi ilə əlaqədar Azərbaycanın dediyi tezislərlə bağlı Makrona və hakimiyyətə müraciət edib. Dediyim kimi, Pekresin əsas məqsədi bu sosial etnik qrupu öz ətrafında birləşdirməkdir. Azərbaycan tərəfindən hazırda qara siyahıya salınan Pekres prezident olarsa, Bakı ilə Paris arasında münasibətlər Fransanın Azərbaycanın ayaqlarına gəlməsi və bizim dediklərimizi etməsindən sonra normallaşa bilər. Biz Makronun da siyasətində anti-Azərbaycan meyillərini daim sezirdik. Müharibə dövründə də o çox absurd fikirlər səsləndirirdi. Amma sonradan Makron özü bizlə dialoqa getdi və başa düşdü ki, regiondakı reallıq nədən ibarətdir. Əgər Pekres prezident seçilərsə, onun namizəd kimi davranışı prezident kimi davranışından seçiləcək”.
Z.Məmmədov vurğlayıb ki, Fransada prezident seçkilərində ikinci turun olması gözləniləndir: “Görünür mərkəzçi Makron və sağ və ultra sağçıların tərəfdarları arasında mübarizənin gedəcək. Fransa ümumiyyətlə, Avropa İtttifaqının ən əsas dövlətlərindən biridir və Almaniyanın ardından orada da mümkün hakimiyyət dəyişikliyi kifayət qədər ciddi məqamlardan biridir. Ona görə də həm ABŞ, həm Rusiya, həm Britaniya üçün Fransada kimin qalib gəlməsi Ukrayna hadisələri fonunda çox önəmlidir və yeni yaranan geosiyasi konfiqurasiyalarda Almaniya və Fransanın bugünkü hakimiyyətlərinin, həmçinin Fransada prezident seçkilərindən sonrakı hakimiyyətin Ukrayna-Rusiya münasibətləri ilə əalqədar qərarları da olduqca vacibdir. Hər halda, Fransanın Cənubi Qafqazda siyasətini təhlil edərkən biz onu da qeyd etməliyik ki, Azərbaycanla Ermənistan arasında yaşananlara həm də o Türkiyə prizmasından baxır. Rəsmi Paris Misirdə Yunanıstanla birlikdə Aralıq dənizində anti-Türkiyə koalisiyası formalaşdırıb. Sadəcə Ukrayna hadisələri və ABŞ-ın bu məsələlərdə Türkiyənin yanında yer alması Fransanı bir qədər geri çəkdi. Lakin rəsmi Parisin siyasətində anti-Türkiyə, anti-müsəlman meyillər daim olacaq və bu gözləniləndir. Orada ciddi şəkildə faşist və xristian həmrəyliyi təfəkkürü genişlənməkdədir. Yaxşı olardı ki, Fransa hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq öz daxili problemləri ilə məşğul olsun. Bu gün Fransa qarşısında kifayət qədər ciddi çağırışlar var və o real olaraq öz nüfuzunu qorumağa çalışmalıdır”.
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar