Nida.az
Daşaltı faciəsinin əsas günahkarı kimdir? - Keçmiş baş nazirlə MÜSAHİBƏ
Bu il bir çox ekspert Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin imzalanacağını düşünür. Diplomatik masada nələrin müzakirə olunması çılpaqlığı ilə bəlli olmasa da, Azərbaycan vətəndaşları artıq dünəndən etibarən işğaldan azad edilən Şuşa və Ağdama ən azından ildə bir dəfə gedə biləcəklər. Bir çoxları bunu böyük qayıdışın işartısı kimi qiymətləndirir.
Eyni zamanda, bu gün Birinci Qarabağ savaşının sağalmaz yaralarından olan Daşaltı faciəsindən 30 il ötür. Daşlatı faciəsinin səbəbləri, şəhid olan hərbçilərimizin nəşlərinin qaytarılması bu gün də öz aktuallığını qoruyur. Bəs onların nəşlərinin 30 ildən sonra qaytarılması mümkündürmü?
Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş baş nazir Pənah Hüseynin Publika.az-a müsahibəsində yuxarıdakı olaylara və qoyulan suallara cavab tapmağa çalışdıq.
Müsahibəni təqdim edirik:
- Pənah bəy, bu il ərzində Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyələşməsi, kommunikasiyaların açılması və eləcə də böyük sülh müqaviləsinin imzalanması mümkündürmü?
- Hazırda müəyyən proses gedir. Bu il ərzində sülh müqaviləsinin imzalanıb-imzalanmayacağını indidən söyləmək çətindir. Amma konkret sahələr üzrə razılıqların əldə olunması, demarkasiya, delimitasiya, kommunikasiyaların açılması istiqamətində hansısa razılıqların əldə olunması daha çox ehtimal olunur. Prinsip etibarı ilə hesab edirəm ki, faktiki olaraq Azərbaycan tərəfindən belə bir sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsün reallaşması tamamilə mümkündür. Amma bunun üçün xaricdən və Ermənistanın daxilindəki müəyyən qüvvələr maneələr yaratmamalıdır.
- Ötən gündən başlayaraq Ağdama və Şuşaya avtobus reysləri açıldı. İldə bir dəfə getmək mümkün olacaq. Niyə ildə bir dəfə? Ümumiyyətlə, bu reysin açılmasını necə qiymətləndirirsiniz?
- Bu suala daha dəqiq cavabı bu işin təşkilatçıları verə bilərlər. İnsanlara yalnız ildə bir dəfə işğaldan azad edilmiş ərazilərə getməsinə şərait yaradılmasının səbəbi belə ola bilər ki, getmək istəyənlərin sayı çoxdur və ya hamı üçün şərait yaradılması üçün bu cür addım atılıb. Hər halda təşkilatçılar da yəqin ki, bu cür cavab verə bilərlər. Bu cür reyslərin təşkili üçün hər halda mənfi bir söz söyləmək doğru deyil. Amma mənə görə əsas diqqət bu cür tanışlıq, turist səfərlərinə yox, keçmiş məcburi köçkünlərin, əhalinin öz doğma yurdlarına qaytarılması işlərinə yönəlməlidir. Eyni zamanda, diqqət həmin prosesə hazırlıq işlərinə cəmləşdirilməlidir. Bir çox şəxs işğaldan azad olunan ərazilərdə dəfn olunmaq istəyir. Bununla bağlı da bir çox təşəbbüslər var. Bu istiqamətdə də işlər görülməlidir və bununla bağlı müəyyən razılıqlar olmalıdır.
- Amma mina problemi də hələ qalmaqdadır…
- Təbii ki, ərazilərin minalardan təmizlənməsi problemi hələ də qalmaqdadır. Təəssüf ki, bu problem hələ də mövcuddur. Amma ayrı-ayrı şirkətlərin orada onmilərlə xırdabuynuzlu mal-qaranın saxlanılması, bəslənilməsi ilə bağlı təşəbbüslər var. Onlar da reallaşdırılır. Bu barədə məlumatlar gəzir. Min hektarlarla əkin sahələri şumlanır, əkilir. Bunların da əleyhinə deyiləsi bir fikir yoxdur. Deməli, bu sadaladıqlarım onu göstərir ki, azad olunan ərazilərdə əhalinin tam şəkildə yerləşdirilməsi, orada kənd təsərrüfatı ilə məşğul olmaları üçün yetərli şərait mövcuddur. Bu baxımdan hesab edirəm ki, əsas diqqət bu məsələyə yönəlməlidir. Əgər əhali orada olacaqsa, deməli, gediş-gəliş qaydası, qrafiki də fərqli olacaq. Hesab edirəm ki, daha sürətli məskunlaşdırma həyata keçirilməlidir.
- Bu gün Daşaltı faciəsinin 30-cu ildönümüdür. Amma bu gün Daşaltı azaddır, bizdədir. Necə düşünürsünüz, bu faciə o zamankı Mütəllibov hakimiyyətinin günahıdır, yoxsa başqa səbəblər də vardı?
- Mənə elə gəlir ki, artıq tarix onu göstərir ki, bir çox məsələləri ayrı-ayrı dövrlərdə olmuş hakimiyyətlərin üzərindən təhlil metodikasından əl çəkmək vaxtıdır. Eyni zamanda, Ayaz Mütəllibov da elə də siyasi aktual fiqur deyil. Fəal siyasətlə də məşğul olmur. Bütövlükdə isə hərbi sahədə həm Ayaz Müttəlibov dövründə, həm ondan əvvəl, həm də ondan sonra baş vermiş hadisələr, vətəndaşlarımızın təhlükəsizliyi, onların düşmən tərəfindən qətlə yetirilməsi, ərazilərimizin işğal olunması ilə bağlı məsələlər üçün həmin müddətdə hakimiyyətdə olan istənilən siyasi qüvvə, hakimiyyət məsuliyyət daşıyır. Yəni, ümumi şəkildə bu prinsip doğrudur.
- Həmin dövrdə şəhid olan hərbçilərimizin bir çoxunun nəşi bu günə qədər tapılmayıb. Bu gün Ermənistanla aparılan danışıqlarda Daşaltı faciəsində şəhid olanların nəşlərinin qaytarılması məsələsi də müzakirə oluna bilərmi?
- Ümumilikdə bununla bağlı müxtəlif rəqəmlər səsləndirilsə də, Ermənistanın xalqımıza qarşı təcavüzü nəticəsində təxminən 5000 civarında vətəndaşımızın itkin düşməsi, əsir götürülməsi haqqında məlumatlar var. Əlbəttə, bu istiqamətdə olan məsələlərlə bağlı ən böyük məsuliyyət, həm də beynəlxalq hüquqa uyğun cinayət məsuliyyəti – beynəlxalq müharibə cinayətlərindən tutmuş terror cinayətlərinə qədər – ermənilərin üzərinə düşür. Məndə olan məlumat budur ki, bu işlə daim məşğul olan xüsusi bir dövlət orqanı var. İtkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı Azərbaycanın dövlət qurumu mövcuddur. Ermənistanda da belə bir qurum var. Bu istiqamətdə də son dövrlərdə bir sıra məsələlər qaldırılıb. O cümlədən, Avropa Məhkəməsi və Avropa Şurasında bu məsələlərlə bağlı gedən proseslərə qoşulub. Hesab edirəm ki, bu istiqamətdə xeyli vaxtın keçməsindən asılı olmayaraq, daim diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə daha ciddi və nəticəsi olan işlər aparılmalıdır. Yəni, bildiyimiz kimi, ermənilər tərəfindən də müəyyən iddialar irəli sürülür. Halbuki onların iddiaları hüquqi əsası Azərbaycan tərəfinin hüquqi iddialarından daha azadır. Amma onlar bu istiqamətdə daha çox qışqırıb-bağırırlar. Əslində sülh müqaviləsinin və regional təhlükəsizliyin təmin olunması istiqamətində digər addımların atılmasına qarşı da bir “bəhanə” kimi istifadə edirlər.
Tural Turan
-
Magazin204:44
Türkiyəli milyarderin aktrisa gəlini dar libasda pozalar verdi - FOTO/VİDEO
-
İdman03:43
Qvardiola özünü cırmaqladı - FOTO
-
Magazin103:13
“Məni döyən hələ anasından olmayıb” - Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO
-
Sosial02:42
"Temu"dan şikayət DURMADAN ARTIR - Aldanmamaq üçün nələrə diqqət etməliyik? / VİDEO
-
Hadisə01:41
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü - Yaralılar var / FOTO
-
Sosial00:45
Vəzifəli şəxs işdən çıxarıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Subayları romantik görüş gözləyir
-
Magazin100:00
Qalmaqallı görüntülərindən DANIŞDI: "Yanımdakı bəy ərəb deyil..." - VİDEO