Nida Xəbər
Nayrobidə Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTO
Keniyanın paytaxtı Nayrobi şəhərində 8 noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə tədbir keçirilib.
Azərbaycanın Keniyadakı səfirliyindən Publika.az-a bildirilib ki, tədbirdə Keniya Xarici və Diaspora Nazirliyinin idarə rəisi və diplomatik akademiyasının rektoru, Nayrobidəki bir sıra diplomatik missiyaların rəhbərləri və BMT qurumlarının təmsilçiləri, Keniya Prezidentinin qızı, gənclər çempionu Şarlin Ruto, Keniyada səfərdə olan Ekologiya və təbii Sərvətlər Nazirliyi və ANAMA nümayəndə heyətləri, habelə yerli ictimaiyyət, işgüzar dairələrin nümayəndələri, Keniyada çalışan azərbaycanlılar iştirak edib.
8 noyabr - Zəfər Günü ilə əlaqədar fikirlərini bölüşən səfir Sultan Hacıyev müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi, beşinci ildönümü qeyd olunan şanlı qələbəmizin tarixi əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 8 noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olub. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan işlərə gündəlik diqqət və qayğısı qısa müddətdə Qarabağ və Şərqi Zəngəzura dirçəliş və yeni həyat bəxş edib.
Səfir Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduqdan sonra iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün aparılan danışıqlara da toxunaraq cari ilin avqust ayında Vaşinqton şəhərində əldə olunmuş razılaşmaların, sülh sazişinin paraflanmasının sülh danışıqlarının həlledici mərhələsi olduğunu qeyd edib. Bildirib ki, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh, qarşılıqlı etimad, əməkdaşlıq və tərəqqi üçün möhkəm təməl yaradılıb və ölkəmiz qarşıdakı illərdə sülh və sabitlik şəraitində inkişafını davam etdirərək yeni böyük nailiyyətlər qazanacaq.
Tədbirdə şanlı Zəfər Gününə, həmçinin ölkəmizin inkişafına həsr olunmuş videoçarxlar nümayiş olunub.
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ4 Noyabr 19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 4 Noyabr 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI

































