Nida.az
Rusiya yer üzündən silinə bilər... - ŞOK AÇIQLAMA

“Hazırda əsas müzakirə mövzusu Ukrayna və Rusiya arasında müharibənin baş verib-verməyəcəyi ilə bağlıdır. Mən inanmıram ki, Rusiya sözün həqiqi mənasında Ukraynaya birbaşa müdaxilə etsin. Doğrudur, Rusiya Ukraynaya qarşı aqressiv siyasət yürüdür, amma Moskva hazırkı durumda bu məsələyə ciddi səy sərf etməz. Kreml onsuz da dünya ictimaiyyəti qarşısında təklənmiş durumdadır”.
Bunu Publika.az-a açıqlamasında Rusiya və Ukrayna arasındakı son gərginliklərdən danışarkən Ağ Partiyanın başqanı Tural Abbaslı deyib.
Partiya başqanının fikrincə, Rusiya Ukraynaya qarşı açıq müharibəyə keçərsə, ətrafındakı 3-5 dövlət də ondan qopa bilər:
“Hətta belə olan təqdirdə, Rusiya dünya səviyyəsində blokadaya düşmüş vəziyyətdə qalacaq. Ola bilsin ki, Kreml “Ukrayna kartı”ndan Qərbə və Birləşmiş Ştatlara qarşı daha çox təzyiq vasitəsi kimi istifadə edir. Mən müharibə olacağını gözləmirəm. Amma istər müharibə, istərsə də siyasi qarşıdurma olsun, Azərbaycan hər an Ukraynanın yanında olmalıdır. Mən bu cür düşünürəm. Ona görə ki, biz də Ukrayna kimi Rusiyanın aqressiv siyasətindən əziyyət çəkən bir ölkəyik. 30 ilə yaxındır ki, Azərbaycanın müstəqilliyini təhdid edən və onun ərazisinə qoşunlarını yeridən bir ölkədən söhbət gedir. Ona görə də belə bir ölkə ilə eyni cinahda olmaq bizə sərf etməz. Türkiyə də birmənalı olaraq Ukraynanın yanında olmalıdır”.
Tural Abbaslı qeyd edib ki, rəsmi Ankara Kiyevin yanında olmaqda davam edəcək:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu həm Ukraynaya səfərləri, həm də çıxışları ilə bildirib. Ərdoğan hələ Rusiyaya səfərləri zamanı Krımın Ukraynanın tərkib hissəsi olduğunu söyləyib. Əgər bu gün biz və dünya birliyi Rusiyanı dəstəkləsək, onun yanında olsaq, bu o deməkdir ki, sabah Kremlin eyni aqressiv siyasəti ilə ərazilərimizi işğal etməsinə razılıq veririk. Ona görə də dünya birliyi Rusiyaya qarşı sərt təpkilər qoymalıdır. Rusiyaya dünyada tək olmadığını və qonşuları ilə qonşu kimi, dostluq, əməkdaşlıq mühitində yaşamalı olduğunu izah etməlidir. Əks təqdirdə, Rusiya təkcə Ukrayna üçün yox, bütün dünya üçün böyük bir təhdid halına gələ bilər. Rusiyanın Ukraynaya hücumu ilə üçüncü dünya müharibəsinin başlaması bir qədər pafoslu səslənir. Belə bir şeyin baş verəcəyinə inanmıram. Rusiya o gücdə deyil. Hətta İkinci Dünya müharibəsində Almaniya qat-qat güclü olsa da, məğlubiyyətə uğradı. Moskva əgər buna cəhd edərsə, ümumiyyətlə, Rusiya adlı dövlət dünyanın siyasi xəritəsindən silinə bilər. Ona görə də belə bir hadisənin baş verəcəyini ehtimal etmirəm”.
Tural Turan

-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu