Nida.az
Türkiyə-Ermənistan əlaqələrində “Sürix protokolu”
“Türkiyə ilə Ermənistan arasında əlaqələr 1993-cü ildə Kəlbəcər rayonunun işğalından sonra kəsilib və sərhədlər bağlanıb. Həmin illər ərzində bir neçə dəfə əlaqələrin bərpasına dair xüsusən Ermənistan tərəfdən təşəbbüs irəli sürülüb, lakin nəticə verməyib. 2009-cu ildə İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması haqqında tarixə “Sürix protokolu” kimi düşən razılaşma imzalansa da, ölkələrin parlamentləri təsdiqləmədiyi üçün münasibətlər də normallaşmadı”.
Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
src="/storage/files/upload/3d304ee2a8d13598af9d8b92e5a7383fa028a8fb.jpg" style="width: 482px; height: 249.204px;" class="fr-fic fr-dib fr-fil">
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar timsalında Türkiyə ilə Ermənistan arasındakı əlaqələr baxımından da yeni şərtlər yaranıb: “Türkiyə müharibədən öncəki şərtlərini müharibədən sonra da qüvvədə saxlayır. Həmin şərtlər Ermənistanın Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməsi, soyqırımı iddiasına son verməsi, bunları konstitusiyasından çıxarması və Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Ermənistan tərəfi isə bu məsələdə də erməni xislətinə sadiq qalaraq şərtlərə əməl etmədən sərhədlərin açılmasına və iqtisadi blokadadan çıxmağa çalışır. Budəfəki təşəbbüsü öncəkilərdən fərqləndirən faktor Azərbaycanın yaxınlaşmaya qarşı olmamasıdır”.
Politoloq əlavə edib ki, müharibədən sonra Ermənistan tərəfdən bu təşəbbüs daha ciddi şəkildə gündəmə gətirilir: “Bir neçə gün öncə Moskvada Türkiyə və Ermənistanın təyin etdiyi təmsilçilər - Serdar Kılıç və Ruben Rubinyan arasında görüş əlaqələrin yaranması yolunda ilkin mərhələdir. Görüşdə İstanbul-İrəvan aviareysinin açılmasına dair prinsipial razılıq əldə edilib və mart ayında ilk reys həyata keçiriləcək. Bundan sonrakı mərhələdə ola bilsin ki, Zəngəzur dəhlizindən avtonəqliyyat yolunun açılması ilə bağlı razılıq əldə olunsun. Yolun çəkilməsi xeyli müddət çəkə bilər və bundan sonra iqtisadi əlaqələrin yaranmasından söhbət gedə bilər”.
Z.Qarayeva vurğulayıb ki, danışıqlar masasında nələrin müzakirəsindən asılı olmayaraq, münasibətlərin gələcək perspektivini Ermənistanın kapitulyasiya şərtlərini yerinə yetirməsi təşkil edəcək: “Sərhədlər delimitasiya olunmayana qədər, ərazi bütövlüyünün tanınmasına dair sülh sazişi imzalanmayana qədər münasibətlərin taleyi “Sürix protokolu”ndan o tərəfə keçə bilməyəcək”.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...






.jpg)



























.jpg)


