Nida.az
Xaçatryan prezident seçilsə, bunlar olacaq - Politoloq
“Ermənistanda hakim Vətəndaş Müqaviləsindən Vahaqn Xaçatryanın namizədliyi irəli sürülüb. Onun şansları yüksək qiymətləndirilir. Çünki əvvəlki prezident Levon Ter-Petrosyanın komandasında olmuş bu şəxs Ermənistan cəmiyyətində kifayət qədər nüfuza malik şəxslərdəndir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, Nikol Paşinyanın komandasından prezidentliyə namizədliyi irəli sürülmüş Vahaqn Xaçatryan həm də alimdir: “Paşinyan artıq İrəvanda öz hakimiyyətini kifayət qədər möhkəmləndirməyi bacarıb. Eyni zamanda, vaxtilə Nikol Paşinyan Vahaqn Xaçatryanla Levon Ter-Petrosyan hakimiyyətinə yaxınlığı ilə seçilib. Siyasi təcrübəsi var, alim kimi də nüfuzludur. Müxalifət isə onun haqqında hazırda qarayaxma kampaniyalarına başlayıb. Deyirlər ki, Xaçatryan vaxtilə “batan gəmidən qaçan siçovul”dur. Hətta onu Azərbaycan və Türkiyənin maraqları ilə oturub-duracaq şəxs kimi də qiymətləndirirlər. Düşünürəm ki, hakim partiyanın prezidentliyə namizədi Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də öz töhfələrini verə biləcək. Araik Arutyunyanın da namizədliyi hakim partiya tərəfindən irəli sürülmüşdü. Onun namizədliyinin təsdiqlənməsi yanlış addım olardı. Çünki Arutyunyan beynəlxalq axtarışda olan bir şəxsdir. İnterpolun siyahısına da daxil edilib. Üstəlik, onun namizədliyinin təsdiqlənməsi Azərbaycanla Ermənistan arasındakı hazırkı prosesə mənfi təsir göstərəcək addım olardı. Müxalifətin seçimi Milli Təhlükəsizlik İdarəsinin keçmiş rəisi David Şahnazaryandır. O da siyasi səhnədə enib-qalxanlardandır. Zənnimcə, şansları olsa da, bir o qədər yüksək deyil”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


