Nida.az
Şuşa Bəyannaməsi güclü bir sənəddir - Arzu Nağıyev
Şuşa Bəyannaməsi adi bəyannamə deyil, müstəqillik münasibəti haqqında bir sazişdir və 1921-ci il Qars müqaviləsinin bir varisi kimi göstərilə bilər. Ümumiyyətlə, Azərbaycan Konstitusiyasında ADR-in varisidir və bu varislik istər ərazilər, istərsə də Türkiyə ilə olan münasibətlər baxımından öz əhəmiyyətini dəyişməz olaraq qoruyur”.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputatın sözlərinə görə, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında 9 fevral 1994-cü il protokolu, 16 avqust 2010-cu il strateji tərəfdaşlıq protokolu var: “Yəni, bu proses təkcə bəyannamə kimi yadda qalmamalıdır. Şuşa Bəyannaməsi artıq ratifikasiya olunmuş ciddi bir sənəddir. Burada həm regional, həm də beynəlxalq strateji məsələlərə, türk dünyasının davamlı inkişafına aid mühüm maddələr var. Məlum məsələdir ki, 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Bütün proseslərdə regional dövlətlərlə birlikdə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması, yüksək səviyyəli strateji əməkdaşlıq var. Şuşa Bəyannaməsi beynəlxalq qanunlara cavab verən bir sənəd olmaqla yanaşı, dövlətlərin ərazi bütövlüyünə təhdid yaranacağı təqdirdə iki dövlətin bir-birinin yanında olmasının qanuni əsasını yaradır”.
A.Nağıyev vurğulayıb ki, bundan başqa, Təhlükəsizlik Şuralarının iki dövlətə aid olan məsələlərində birgə iclasların keçirilməsi, minalardan təmizlənmədə bu sənədə istinad edilməsi əsas məqamlardandır: “Orduda yeniliklər, birgə təlimlər, kosmik sahədə əməkdaşlıq, kibertəhlükəsizlik, ticari-iqtisadi, bir çox məsələlərdə birgə fəaliyyət artıq təkzibolunmaz qanuni çərçivələrlə təsdiq olunub. Məlumdur ki, Azərbaycanla Türkiyənin meqalayihələrdə Avropanın enerji təhülkəsizliyi ilə əlaqədar birgə fəaliyyətləri var. Fikrimcə, bütün sözügedən proseslərdə bu sənədə istinad etmək olacaq. Məlumdur ki, qondarma soyqırımı ilə bağlı Ermənistan bir sıra iddialarla çıxış edir. Hesab edirəm ki, Şuşa Bəyannaməsinə istinad etməklə arxivlərin birgə açılması ilə bu məsələyə də son qoymaq olar. İki ölkə arasında media sahəsində əməkdaşlıq üçün media platforması yaradılıb ki, bundan informasiya müharibəsində də istifadə etməklə daha böyük uğurlara imza atmaq mümkün olacaq. Bir sözlə, Şuşa Bəyannaməsi humanitar, elmi, siyasi, iqtisadi, hərbi və digər bir çox sahələrdə birgə əməkdaşlığı ehtiva edən güclü bir sənəddir”.
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə3 Avqust 21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək







.jpg)



.jpg)















.jpg)
.jpg)






