Nida.az
Fərid Qayıbov Vasif Talıbovla görüşdü
Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, səfərin ilk günündə əvvəlcə Naxçıvan şəhərində ümumilli lider Heydər Əliyevin abidəsi qarışısına gül qoyulub, əziz xatirəsi yad edilib. Sonra qonaqlar Heydər Əliyev muzeyində olublar, burada ulu öndərin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərə, şəxsi əşyalarına, həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Daha sonra F.Qayıbov, nazir müavinləri Mariana Vasileva, Fərhad Hacıyev, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov, AŞF-nin baş katibi İlahə Qədimova Naxçıvanda keçirilən şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimində iştirak ediblər.
Açılışdan sonra Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüş olub. Görüş zamanı Naxçıvanın idman həyatı və gənclər siyasəti sahəsində görülən işlər müzakirə edilib.
Səfərin ikinci günündə nazir fəal gənclər və idman ictimaiyyəti nümayəndələri ilə bir araya gəlib. "Naxçıvan" Universitetində baş tutan görüşdə nazir müavinləri Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, Naxçıvan Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev də iştirak ediblər.
Diskussiya xarakterli tədbirdə gənclərin sualları cavablandırılıb. İştirakçıların fikir və təklifləri dinlənilib, həmin mövzular və istiqamətlər üzrə müzakirələr aparılıb.
F.Qayıbov səfər çərçivəsində Ağbulaq Xizək Mərkəzi, Naxçıvan Şahmat Mərkəzi, Naxçıvan Olimpiya İdman Kompleksi, Naxçıvan Muxtar Respublika Stadionu, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzi, Uşaq-Gənclər İdman Məktəbi, Naxçıvan Gənclər Evi, Gənclər Mərkəzi, Şərur Olimpiya İdman Kompleksi və Uzunoba Təlim-Məşq İdman Kompleksində olub, fəaliyyətləri ilə tanış olub. İdman qurğularında güləş, gimnastika, futbol, üzgüçülük və digər növlər üzrə bölmələrin məşq proseslərini izləyib. Yeniyetmə və gənc idmançılarla görüşüb, məşqçi-mütəxəsislərlə fikir mübadiləsi aparıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
