Nida.az
Azərbaycan dövləti onları unutmadı
“İllərdən bəri əsir düşmüş, girov götürülmüş şəxslərin qaytarılması ilə bağlı dövlət səviyyəsində işlər gedirdi. Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var. Uzun illərdir ki, neytral ərazilərdə, üçüncü ölkələrdə Ermənistanın əsirlərlə bağlı dövlət komissiyası ilə danışıqlar aparılıb. Azərbaycan dövləti heç vaxt bu insanları unutmayıb. Həmişə diqqətdə saxlayıb”.
Bunu Publika.az-a açıqlamasında Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyib.
O bildirib ki, dövlətimiz həmin şəxslərin qaytarılması üçün əlindən gələni əsirgəməyib:
“Amma Ermənistan tərəfi həmişə bu məsələyə məkrli niyyətlə yanaşıb. Erməni tərəfi çalışırdı ki, tanınmamış, separatçı “dqr”in əsirlərlə bağlı “komissiyası” da bu işdə işləsin. Ona görə də bu iş alınmırdı. 30 ilə yaxın müddətdə bu işin alınmamasının səbəbi də bu idi. Ermənistan dövləti belə bir mənfur niyyətə əl atırdı və bilirdi ki, Azərbaycan dövləti heç vaxt öz ərazilərində “qurulan” qondarma qurumun “komissiya” üzvləri ilə belə bir işə getməyəcək.
Şükürlər olsun ki, artıq bu problem də aradan qaldırılıb. Həmin insanların hansı formada olursa-olsun, qaytarılması təqdirəlayiqdir. Əsir götürülənlərin əksəriyyəti Birinci Qarabağ savaşının ən qızğın fazalarında, torpaqlarımızın işğalı zamanı gerçəkləşib. Həmin bölgələrdə hərbçilərimiz yaralı vəziyyətdə, silah-sursatı bitərkən əsir düşüblər. Mülki şəxslər isə ərazilərimizin işğalı zamanı Xocalıda, Laçında, Ağdamda, Kəlbəcərdə çoxlu sayda girov götürülüblər”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
