Nida.az
Bu, dövlətimizin vətəndaşlarımıza diqqətidir - Deputat
“Azərbaycan dövləti 30 il ərzində bir an da olsa, Birinci Qarabağ savaşında əsir düşmüş, girov götürülmüş insanların taleyinə biganə qalmadı. Hər zaman onların taleyinin sonrakı məqamları diqqət mərkəzində oldu. 8 erməni diversantın qarşılığında Ermənistanın Birinci Qarabağ müharibəsi dönəmində azərbaycanlıların qətlə yetirildiyi, kütləvi məzarlıqlarda basdırıldığı yerin koordinatlarını Azərbaycan tərəfinə təhvil verməsi ilə bağlı razılığa gəlinməsi dövlətimizin növbəti diplomatik uğurudur. Eyni zamanda, Azərbaycan dövlətinin 30 il ərzində taleyindən xəbər alınmayan müharibə qurbanlarına qarşı son dərəcə həssaslıqla yanaşdığının göstəricisidir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, dövlətimiz tarixindən asılı olmayaraq, vətəndaşlarımıza, ölkəmizə qarşı törədilən soyqırımılarda, qətliamlarda zərər çəkmiş insanlarımızı hər zaman diqqətdə saxlayıb:
“Birinci Qarabağ müharibəsi dövründə gedən hərbi əməliyyatlar nəticəsində ermənilərin törətdiyi soyqırımılar, qırğınlar, işğal nəticəsində bu gün hələ də 4000 nəfərə yaxın vətəndaşımızın taleyi qeyri-müəyyən olaraq qalır. Onlar da əsir və girovlar kimi itkin düşmüş hesab edilirlər. O cümlədən, mən bir Xocalı sakini kimi deyə bilərəm ki, 150 nəfərə yaxın Xocalı sakininin bu günə qədər taleyi məlum deyil. Onlar da itkin-girovlar siyahısındadır. 8 erməninin qaytarılması və onların əvəzində Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə ermənilərin əlində əsirlikdə, girovluqda olanların öldürülüb kütləvi məzarlıqlarda basdırılanların yerlərinin ermənilərdən öyrənilməsi dövlətimizin vətəndaşlarımıza diqqətidir, qayğısıdır. Təbii ki, ermənilər kütləvi məzarlıqların hamısının yerini deməyəcəklər. Onların bir qisminin olduğu yeri deyə bilərlər. 1992-ci ilin yanvar ayında uğursuz Daşaltı əməliyyatı baş vermişdi. Daşaltı kəndi erməni işğalından azad ediləndən sonra ermənilərin öldürdükləri insanlarımızın kütləvi məzarlıqları aşkarlanır. Bu istiqamətdə müəyyən proseslər gedir. Onların nəşlərindən götürülən nümunələrlə kimliklərinin tanınması, müəyyən olunması üçün müəyyən analizlər aparılır. Bu proses də sanki onun davamıdır. Hesab edirəm ki, bu, çox təqdirəlayiq bir hərəkətdir”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)




















.jpg)

.jpg)
