Nida.az
Lukaşenkonun fikirlərindən bu nəticəyə gəlmək olar ki... - Deputat
“Fikrimcə, Belarus Prezidenti Lukaşenkonun açıqlamasından bu nəticəyə gəlmək olar ki, həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan Azərbaycan kimi ciddi bir strateji partnyor bu gün hər hansı bir blokun üzvü deyil. Azərbaycan özünün daxili və xarici siyasi xəttini çox ciddi sahələrdə aparır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputatın sözlərinə görə, Azərbaycan öz siyasətini ərazi bütövlüyü, suverenliyi, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində aparır: “Buna paralel olaraq MDB məkanında da hər bir dövlətlə öz münasibətini qoruyur və KTMT-nin üzvü olan dövlətlərlə ikitərəfli tərəfdaşlıq, partnyorluq əlaqələrini saxlayır. Yəni, Belarus prezidentinin “çox səhvlərə yol vermişik” fikrini şərh etsək görərik ki, onlar burada öz etdikləri səhvləri nəzərdə tuturlar.
Lukaşenko öz bloklarını nəzərdə tutmaqla bildirir ki, Azərbaycan kimi ciddi bir tərəfdaşla bu və ya digər istiqamətlərdə ümumi birləşmiş bir qrupda əlaqələri yoxdur. Məsələdə əsas məqam bundan ibarətdir. Yəni, ümumi strategiyada bu dövlətlərin hər biri ilə öz münasibətimiz olsa da, lakin iqtisadi və digər sahələrdə bir ittifaqda birləşməmişik. Lakin MDB məkanında bütün problemlərin həllində təbii ki, ikili olaraq bütün ölkələrlə bir yerdəyik və tərəfdaşlıq əlaqələrimiz mövcuddur”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)

























.jpg)

.jpg)