Nida.az
AMEA-nın yeni prezidenti kim olsun? - SORĞU
Fevralın 14-ü axşam saatlarında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti toplaşdı. AMEA prezidenti Ramiz Mehdiyev istefa verdiyini söylədi. R.Mehdiyevin istefasından sonra sosial şəbəkələrdə AMEA-nın boş qalan prezident postuna yeni namizədlərlə bağlı ictimai müzakirələr başladı.
Bir çoxları keçmiş təhsil nazirləri Firudin Cəlilovla Misir Mərdanovu bu posta layiqli namizəd bildiklərini yazdılar. Bir çoxları fərqli namizədlər göstərdilər. Nərgiz Paşayeva, Rafiq Əliyev, Kamal Abdulla kimi dünyaca məşhur elm adamlarımızın adlarını çəkənlər oldu. Hər kəs Ramiz Mehdiyevin son bir neçə ildə AMEA-nı necə bir bataqlığa sürüklədiyini, bundan qurtulmağın yollarından biri kimi nüfuzlu, idarəetmə bacarığı yüksək olan elm adamının adıçəkilən elm ocağına prezident gətirilməsinin vacib olduğunu bildirdilər.
Bəs, deputatlar bu haqda nə düşünürlər?
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Publika.az-a açıqlamasında söylədi ki, Azərbaycan Milli Elmlər Akademiyasında kifayət qədər dəyərli alimlərimiz, nüfuzlu elm xadimlərimiz var:
src="/storage/files/upload/8ef4fb9ff88e5d7986134568a72af0226775dbce.jpg" style="width: 517px; height: 322.286px;" class="fr-fic fr-dib">
“Yeni prezidentin seçilməsi AMEA-nın Rəyasət Heyətinin və cənab Prezidentin iradəsinə söykənən bir seçim olmalıdır. Amma mən ümidvaram ki, Elmlər Akademiyasını düşdüyü bəladan xilas edə biləcək elm xadimi AMEA-nın prezidenti postuna gətiriləcək. Bu cür söz-söhbətlərdən, müzakirələrdən sonra başqa bir şey gözləmirəm. Orada Azərbaycanın müasir elminə töhfələr verən insanlar var. Onların içərisində Rafiq Əliyevin adını çəkə bilərəm. Dünyaca məşhur alimimizdir. Misir Mərdanov da kifayət qədər təcrübəli, elmə böyük təcrübələr vermiş elm xadimimizdir. Belələri çoxdur. Hətta yeni prezident gənc alimlərdən də ola bilər. Doğrudur, gənc alimlərlə bağlı o qədər də dərin informasiyaya malik deyiləm. Əminəm ki, seçim doğru olacaq”.
Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa bildirdi ki, onun da AMEA-nın yeni prezidenti postuna namizəd olaraq düşündüyü elm adamları var:
src="/storage/files/upload/9c2af6fa37d088cc6a3550c6df6273f964910ad0.jpg" style="width: 523px; height: 326.875px;" class="fr-fic fr-dib">
“Amma onların adlarını çəkmək istəmirəm. Çünki bizim ağıllı və elmli, bilikli namizədə ehtiyacımızın olduğunu düşünmürəm. Əgər zərurət olarsa və fikrimi soruşarlarsa, o zaman fikrimi deyə bilərəm. Amma indi onların adlarını açıqlamağın bir mənası yoxdur. Əvvəlcə elmin inkişaf etməsi üçün niyyət olmalıdır. Əgər elə bir niyyət varsa, onların adlarını söyləmək mümkündür. Hələ ki, o niyyət ortada görünmür. Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidentinin ancaq təbiət elmləri sahəsindən gəlməsi daha məqsədəuyğundur. Mən belə düşünürəm. Layiqli adamlar çoxdur, yeni prezident təbiət elmlərindən gəlsə, bu sahədə müəyyən dönüş etmək mümkündür”.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı

































.jpg)

.jpg)