Nida.az
Ermənilər yeni təxribatlar törədəcək – ŞOK SƏBƏBLƏR
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənilərin təxribatı bununla da bitməyib. Fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.
Ermənistanın uzun fasilədən sonra dövlət sərhədinin qərb istiqamətində atəşkəsi pozması nəyə hesablanıb?
Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov Publika.az-a açıqlamasında söyləyib ki, Ermənistanda Azərbaycana qarşı münasibət dəyişməyib:
src="/storage/files/upload/19624d3c45fff05a65836474135b10ba876de3b8.jpg" style="width: 406px; height: 228.713px;" class="fr-fic fr-dib">
“Son 15 ay ərzində onlar vəziyyəti gərginləşdirmək üçün həm Ermənistan ərazisindən, həm də rusiyalı sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdən zaman-zaman atəşkəsi pozublar. Tərtərin Qapanlı kəndini, Şuşa istiqamətindəki və digər ərazilərdəki mövqelərimizi atəşə tutublar. Bu istiqamətdə ermənilər özbaşınalıqlarını davam etdiriblər. Hazırda Rusiyanın başı Ukrayna məsələsinə qarışıb. Buna görə görüntü yarana bilər ki, ermənilər bir qədər sakit dayanıblar. Amma belə deyil. Fevralın 20-də separatçılar “öz ərazilərinin işğaldan azad edilməsi haqqında” qondarma qanun qəbul etməyə hazırlaşırlar. Deməzdim ki, ermənilər əllərini yanlarına salıb boş otururlar. Separatçıların qondarma xarici işlər naziri David Babayan da açıqlama vermişdi ki, guya Goranboyu, Xanları “geri alacaqlar”. Bu, biabırçılıqdır. Ermənistanın separatçı qüvvələri darmadağın olunub. Buna baxmayaraq, bizim ərazilərimizdə bizə “meydan oxuyurlar”. Eyni zamanda, ermənilər atəşkəsi artıq “yeni ünvanlarda” pozurlar. Bundan əvvəl Şorca istiqamətində təxribat törədirdilər. İndi isə başqa istiqamətdə təxribatlara əl atırlar. Ermənilər həmişə aranı qatmaq üçün başqalarının əlində oyuncaq olublar”.
Ekspertin fikrincə, ermənilərin təxribatları bundan sonra da davam edəcək:
“Bunu Müdafiə Nazirliyi də, Dövlət Sərhəd Xidməti də çox yaxşı bilir. Ermənilər illər boyu Yeni il, 20 Yanvar, Novruz bayramı və bizim üçün önəmli təqvim günlərində təxribatlara yol veriblər və yenə də bu baş verəcək. Ona görə də hesab edirəm ki, onlar mütləq cəzalanmalıdırlar. Hətta təxribatçılara qarşı ən sərt addımlar atılmalıdır. Azərbaycanın Baş Prokurorluğu da məlumat yayıb ki, yaxın vaxtlarda separatçıların lideri Araik Arutyunyanın tutulub Bakıya gətirilməsi təmin olunacaq. Nə qədər ki, araiklər, david babayanlar oradadır, ermənilərin təxribatları davam edəcək. Ona görə də onlar zərərsizləşdirilməlidir. Özü də bu, təcili şəkildə edilməlidir. Onlar müharibə caniləridir. Bərdəyə, Gəncəyə, Tərtərə atəş açıblar. Mülki insanlar qətlə yetirilib. Nə qədər ki, həmin şəxslər zərərsizləşdirilməyiblər, bizim problemlərimiz davam edəcək. Ölkə başçısı da Ağdama səfəri zamanı bildirdi ki, Ermənistan nəhayət sülh sazişini imzalamalıdır. Ermənistanın atəşkəsi pozmasının əsas səbəblərindən biri də odur ki, Azərbaycanla sülh sazişini imzalamaq istəmirlər. Ona görə də təxribatçı hərəkətlərini davam etdirirlər”.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO