Nida.az
Ölümlə hədələnən Tahir Kərimli ilə bağlı DİN-dən AÇIQLAMA
Ötən gün Milli Məclisin deputatı, Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli sosial şəbəkələrdə yayılan video-müraciətində təhdid olunduğunu bildirib.
Millət vəkili Tahir Kərimli oyuncaq əjdaha ilə video çəkərək onu ölümlə hədələyənlərə səslənib:
“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən”.
Bəs partiya sədri, millət vəkili Tahir Kərimli ona qarşı olan təhdidlərlə bağlı Daxili İşlər Nazirliyinə müraciət edibmi?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Publika.az-a açıqlamasında bildirib ki, millət vəkili Tahir Kərimlidən daxili işlər orqanlarına şikayət xarakterli hər hansı müraciət daxil olmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat ximdətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə bildirib ki, məsələ ilə bağlı təmsil etdiyi quruma heç bir müraciət daxil olmayıb:
“Millət vəkilinin daxili işlər orqanlarına bununla bağlı heç bir müraciəti yoxdur”.
Vəhdət Partiyasından da bildirildi ki, Tahir Kərimlinin ölüm təhdidi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunub-olunmaması ilə bağlı xəbərsizdilər.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
