Nida.az
Separatçılar bunun üçün təxribatlara əl atırlar - RƏY
“Son günlər separatçıların rus sülhməramlılarının müvvəqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində aktivləşdiyini müşahidə edirik. 44 günlük müharibədəki məğlubiyyətin araşdırılması ilə bağlı Ermənistanda parlament səviyyəsində komissiya yaradılır. Bu komissiyada bundan öncə hakimiyyətdə olan şəxslər- Koçaryan, Sərkisyan, Araik Arutyunyan və bu prosesdə iştirak edən digər şəxslərin yenidən izahatlarının alınması məsələsi gündəmdədir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputatın sözlərinə görə, artıq erməni KİV-lərində Araik Arutyunyanın qondarma qurumun rəhbərliyindən istefa verəcəyi ilə bağlı məsələlər gündəmə gəlib: “Məlumdur ki, revanşistlər iki ölkə arasında sülh sazişinin imzalanmasını istəmirlər və bunun olmaması üçün bir çox təxribatlara əl atırlar. Bu gün yuxarıda adını çəkdiyim şəxslərin həbsi Ermənistan gündəmindədir. Hazırda Koçaryana qarşı bir neçə maddə ilə 2 ildən 12 ilə qədər azadlıqdan məhrum edilməsi üçün bir sıra ittihamlar irəli sürülüb. Yəni bunlar öz həbslərini gündəmdən çıxarmaq üçün təxribatlara əl atırlar və bu məsələdə separatçılardan da istifadə edirlər”.
A.Nağıyev vurğulayıb ki, Azərbaycanın irəli sürdüyü şərtləri qarşı tərəf yerinə yetirməsə və bu təxribatlar artan templə davam etsə, Azərbaycan anti-terror əməliyyatı keçirmək hüququnu özündə saxlayır: “Sülhməramlı qüvvələr də bu məsələlərdə maraqlı olmalıdır ki, gələcəkdə yenidən hər hansı bir münaqişə yaranmasın. Bunun üçün də separatçılara təzyiq göstərməlidirlər”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)

















.jpg)







.jpg)


