Nida.az
Koçaryanın Ermənistanda həbs olunması gündəmdədir - Deputat
“Törətdikləri cinayətlərə görə Qarabağ klanı adlandırılan terrorçu Sarkisyan, Koçaryan və Arutyunyan axtarışdadır. Bunların ən ciddi cinayətlərindən başlıcası məhz Xocalı faciəsidir. Bu soyqırımının törədilməsində Sarkisyan-Koçaryan cütlüyünün və 366-cı alayın xüsusi rolu var”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputatın sözlərinə görə, bu cütlüklə yanaşı, 366-cı alayın hər bir zabiti, əsgəri ilə bağlı axtarış işi var və onların cinayətləri birmənalı şəkildə sübut olunub: “Sözügedən cinayətlərlə bağlı Respublika Baş Prokurorluğunda və Hərbi Prokurorluqda adiyyəti üzrə cinayət işləri açılıb. Son zamanlar Araik Arutyunyanın da Gəncə hadisələri ilə əlaqədar axtarışı gündəmdədir və Azərbaycan tərəfi bu cinayətkarın cəzalandırılması üçün də əməli addımlar atır. Ermənistan daxilində baş verən hadisələr bir daha onu göstərir ki, məhz Koçaryanın özünün Ermənistanda həbs olunması gündəmdədir və onu uzunmüddətli həbs gözləyir. Yayılan məlumatlara görə, Arutyunyan da ölkədən qaçmağa çalışır”.
A.Nağıyev vurğulayıb ki, Azərbaycan bu cinayətkarların əsl üzlərini bütün dünyaya göstərmək üçün lazımi işləri görüb və görməkdədir: “Azərbaycanın düzgün və düşünülmüş şəkildə həyata keçirdiyi siyasət nəticəsində ermənilərin 30 il ərzində həyata keçirdiyi vəhşilikləri dünyaya tanıtmaq üçün diplomatik korpusun nümayəndələri, xarici KİV-lər, səyyalar bu ərazilərə dəvət edilir. Onlar bu vəhşiliyi öz gözləri ilə görür, eyni zamanda ictimaiyyəti daha dolğun şəkildə məlumatlandırmaq imkanı qazanırlar. Fikrimcə, bu cinayətkarlar Azərbaycanın yorulmaz səyləri nəticəsində gec-tez cəzalandırılacaqlar”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)

















.jpg)







.jpg)


