Nida.az
İrəvandan dönən deputat: Mühafizəçilərlə, restoran xidmətçiləri ilə danışdıq...
"Avronest Parlament Assambleyası iclasında iştirak etmək üçün həmkarım Soltan Məmmədov ilə İrəvana səfərimiz başa çatdı. Çətin və mürəkkəb bir səfər idi. Xeyli təhlükəsizlik və psixoloji məsələlər var idi. Amma bütün çətinliklərə baxmayaraq calışdıq ki, qalib ölkəmizi İrəvanda layiqincə, qalib formasında təmsil edək. Şəhidlərimizin müqəddəs qanı hesabına, Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu, xalqımızın iradəsi və dəyanəti hesabında əldə etdiyimiz qələbəyə zərər gətirəcək hər hansı hərəkətə yol verməyək. Parlament diplomatiyası çərçivəsində nə bacardıqsa onu da etdik. Əminəm ki, bizdən sonra İrəvana səfər edənlər bizdən daha yaxşısını edəcəklər".
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili özünün sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, Ermənistan cəmiyyətinin müxtəlif nümayəndələri, restoranda xidmətçiləri, mühafizəçilər, deputatlar, spiker, baş nazir ilə müzakirələr aparmaq şansımız oldu:
"Etiraf etmək lazımdır ki, onlar üçün yeni reallıqları qəbul etmək çətindir. Amma onlar bu mərhələni aşmaq, Azərbaycan ilə sülh şəraitində yaşamaq, kommunikasiyaları açmaq, müharibənin bir də olmamasını istəyirlər. Düşünürəm ki, cəmiyyətin böyük bir hissəsi belə düşünür. Digər tərəfdən, aqressiv olan, millətçilərdən ibarət bir kəsim də var ki, onlar azərbaycanlılarla ünsiyyət qurmağı belə qəbul etmirlər. Hesab edirəm ki, bu kəsimdən də həmişə olacaq. Biz bunu hər zaman nəzərə almalıyıq. Reallıq bundan ibarətdir ki, biz regionun ən güclü və ən aparıcı ölkəsiyik. Bizim Prezidentimiz dünya şöhrətli, güclü və ağıllı bir siyasətçidir. Dövlətimiz çox güclüdür. Cəmiyyətimiz kifayət qədər həmrəydir. Bütün bu üstüslüklərdən istifadə edərək, biz Ermənistanla sülh şəraitində yaşamağa cəhd edirik, və bunu onlar da doğru olaraq anlayırlar və pozitiv mesaj kimi qəbul edirlər. Bizim səfərimiz də bu fikrin onlarda, yəni sağlam kəsimdə formalaşmasında müsbət rol oynadı".
Deputat bildirib ki, eyni zamanda, revanşist, millətçi qüvvələrə qarşı sərt cavab verməyə də həmişə hazır olmalıyıq, bizim güclü dövlət olaraq sərt cavabımız həm də Ermənistandakı sağlam qüvvələrin ümidinə çevriləcək:
"Yekun olaraq, biz İrəvana Müzəffər Ali Baş Komandanımıza, güclü dövlətimizə güvənərək getmişdik, biz bu güvəni, dəstəyi hər an orda hiss etdik. Milli Məclisin rəhbəri Sahibə xanımın daim bizimlə təmasda olması, sanki onun bizlə orda bir yerdə olması təəssüratı yaradırdı. Bütün bunlar isə, bizə lazımı dərəcədə özümüzə əmin olmağa, dövlətimizin və xalqımızın marağını istənilən situasiyada qorumağa, ən çətin şəraitdə belə cəsarətlə həqiqətləri deməyə imkan yaradırdı. Bu dəstəyə görə Ali Rəhbərliyimizə, Milli Məclis rəhbərinə, dövlət rəsmilərimizə öz dərin minnətdarlığımızı bildiririk! Eyni zamanda, media nümayəndələrinə, sosial şəbəkərlərdə dəstək materialları və şərhləri yazan bütün hər kəsə təşəkkür edirik! Bu bizim üçün qeyri-standard şəraitdə adi bir işgüzar səfər idi, əminəm ki, bundan sonra belə səfərlər çox olacaqdır.
Yaşasın qəhrəman xalqımız, Müzəffər Ali Komandanımız, rəşadətli əsgərlərimiz!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






