Nida.az
BAXCP Xocalı soyqırımının 30 illiyi ilə bağlı bəyanat yaydı
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Bəyanat yayıb.
Publika.az xəbər verir ki, bəyanatda deyilir:
Fevralın 26-da Xocalıda erməni vəhşilərinin törətdiyi soyqırım cinayətinin 30 ili tamam olur. Bu bəşəri cinayətin törədilməsindən 30 il keçməsinə baxmayaraq nə BMT, nə də sivil dünya bu cinayətə siyasi-hüquqi qiymət verməyib, cinayətkarların məsuliyyətə cəlb olunması üçün əməli addım atılmayıb. Təəssüf doğuran və üzücü hal ondan ibarətdir ki, biz bu gün də Xocalıya qayıda bilmirik, Xocalı erməni qəsbkarların nəzarəti altındadır və şəhərin onlar tərəfindən məskunlaşdırılması davam edir.
Belə ağır və hüznlü gündə şəhidlərimizə, Xocalıda amansızcasına qətlə yetirilmiş dinc sakinlərimizə Allahdan rəhmət diləyir, xalqımıza başsağlığı veririk.
BAXCP 10 noyabr 2020-ci il Bəyənnaməsinə uyğun olaraq Rusiya Federasiyasını Xocalı sakinlərinin öz yurd-yuvalarına qayıtmasını təmin etmək, həmçinin Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün konkret addımlar atmağa çağırır.
Biz beynəlxalq birliyi Xocalı soyqırımını tanımağa və BMT TŞ tərəfindən soyqırım cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb olunması üçün xüsusi tribunalın yaradılmasına yardım etməyə çağırırıq. Xocalıda insanlığa qarşı bu cür ağır cinayət törətmiş şəxslərin azadlıqda gəzməsi sivil dünya adına utancdır və özünü insan hesab edən hər kəs bu vəziyyətə görə xəcalət hissi keçirməlidir.
BAXCP Azərbaycan hökumətini cinayətkarların məsuliyyətə cəlb olunması üçün hər bir BMT üzvü olan ölkəyə, bütün beynəlxalq təşkilatlara, o cümlədən xüsusi tribunal yaradılması üçün BMT TŞ-na müraciət etməyə çağırır. Biz Xocalını azad edib cinayətkarları məsuliyyətə cəlb etməyənə qədər dinc qurbanların, təhqir edilərək amansızcasına qətlə yetirilmiş körpə balalarımızın ruhu bizi bağışlamayacaq, bizə rahatlıq verməyəcəkdir.
BAXCP Azərbaycan iqtidarını bu məsələdə daha prinsipial mövqe sərgiləməyə çağırır”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


