Edillidə kütləvi məzarlıq: Ermənistanın hərbi cinayətinin daha bir sübutu
Bizi izləyin

Nida.az

Edillidə kütləvi məzarlıq: Ermənistanın hərbi cinayətinin daha bir sübutu

1990-cı illərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə nəticələnən müharibədə ermənilərin törətdiyi hərbi cinayətlərlə bağlı faktlar Vətən müharibəsində torpaqlarımızın azad edilməsindən sonra bir-bir ortaya çıxır.

Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq Ermənistanın hərbi cinayətlərdən biridir. Məzarlıq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında müəyyən edilib. Komissiyasının araşdırmaları zamanı məlum olub ki, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcuddur.

Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıq da bunlardan biridir. İlkin məlumatlara görə, məzarlıqda 15-20 nəfərin qalıqları var. Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar var. Ərazinin minalardan təmizlənməsindən sonra həmin ərazidə də araşdırmalar başlanacaq.

Edilli kəndindəki kütləvi məzarlığa xarici və yerli KİV nümayəndələrinin iştirakı ilə baxış keçirilib. Məzarlıq haqqında məlumat verən Şəmsi Şıxəliyevi 1993-cü il avqustun 28-də ermənilər girov götürüb. 48 gün bu kənddə girov qalıb və həmin müddətdə Füzulinin kəndlərində gedən döyüşlərdə ölən Azərbaycan hərbiçilərinin "KamAz" markalı maşınla daşınıb gətirildiyini, bu kəndin ərazisində kütləvi şəkildə traktorla qazılan quyulara töküldüyünü qeyd edib.

Bütün bunlar Ermənistanın hərbi cinayətlərinin yalnız kiçik bir hissəsidir
Xocalı, Qaradağlı, Ağdaban, Ballıqaya qətliamları Ermənistanın törətdiyi soyqrımı aktları sırasında yer alır.

Vətən müharibəsindən sonra Azərbaycanın əsas tələblərindən biri Ermənistanın I Qarabağ müharibəsində itkin düşmüş 4 mindən çox azərbaycanlı haqqında məlumatı, eləcə də kütləvi məzarlıqların koordinatları verməsidir.

Fransa prezidenti və Avropa İttifaqı Şurası prezidentinin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə rəsmi İrəvan kütləvi məzarlıqların koordinatlarının verilməsi ilə bağlı öhdəlik götürdü. Lakin sonradan Ermənistan tərəfi öz öhdəliyindən imtina etdi. Çünki bu məzarlıqlar Ermənistanın hərbi cinayətlərinin rəsmi şəkildə etiraf edilməsi deməkdir.

Lakin azad edilmiş ərazilər minalardan təmizləndikcə, kütləvi məzarlıqlar tapılır. Edilli kəndindəki məzarlıq kimi Ermənistanın hərbi cinayətini sübut edən məzarlıqlar var.

Prezident İlham Əliyev də fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə erməni əsilli jurnalist Marqarita Simonyanla dialoqu da bu kontekstdə diqqət çəkir.

Azərbaycan lideri 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyətinin, tarixi, dini irsinin məhv edildiyinin və bununla bağlı “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbomun olmasını qeyd edib. Bundan başqa Prezident qeyd edib ki, "Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir”.

Ermənistanın götürdüyü öhdəliklər və beynəlxalq hüquq 4 min itki və kütləvi məzarlıqların koordinatlarımım verilməsini şərtləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm