Nida.az
Bu, Rusiyanın Azərbaycana jesti idi - Şərh
“Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaranıb və bu yeni reallıqların yaranmasında dolayısı ilə Rusiyanın da xidmətlərinin olması istisna deyil. Etiraf etmək lazımdır ki, Azərbaycanın işğalçı Ermənistana qarşı apardığı müharibənin gedişində Rusiyanın loyal mövqeyi və Azərbaycanın hərbi əməliyyatları öz torpaqlarında aparmasını etiraf etməsi Rusiya tərəfindən Azərbaycan dövlətinə edilən jest idi. O zaman Rusiyanın bu hərəkəti KTMT-də ona müttəfiq olan Ermənistanda ciddi qıcıq və narazılıq yaratmışdı”.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Elşən Manafov deyib.
Politoloq qeyd edib ki, bu reallıqlar tam mənada Rusiyanın maraqlarına cavab verirdi: “İstisna etmirəm ki, bu reallıqların yaranması Rusiya və Türkiyə arasında əldə edilmiş razılıqlar fonunda həyata keçirilib. Sonradan “3+3” formatında regionda əməkdaşlıqların davam və inkişaf etdirilməsi məsələləri meydana çıxdı. İranın da məlum formula münasibəti aydınlaşdıqdan sonra bəlli oldu ki, əslində regional dövlətlər bu formatda əməkdaşlığın davam etdirilməsi və bölgədə sülhün, sabitliyin təmin olunmasında maraqlıdır. Bu formatda əməkdaşlıq regiona birbaşa çıxışı olmayan digər dövlətlərin müəyyən mənada müdaxiləsinin qarşısını almaq üçün düşünülmüş bir geosiyasi gediş idi. Bu mənada Azərbaycan və Rusiya arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasından sonra istisna etmək olmaz ki, Rusiya bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı məsələlərdə də Ermənistan iqtidarına təzyiqlərini artıracaq”.
E.Manafov düşünür ki, Paşinyanın bu ilin aprel ayında Rusiyaya nəzərdə tutulan rəsmi səfərindən sonra bu istiqamətdə daha ciddi razılıqlar əldə edilib, real addımlar atılacaq: “Kommunikasiya xətlərinin açılması, Rusiyanın bölgə ilə əlaqədar maraqlarının qorunmasına və daha da mökəmlənməsinə xidmət edəcək bir layihə kimi həm də Rusiya tərəfindən qəbul edilir. Bu layihə həm də Türkiyənin, İranın, Azərbaycanın, Ermənistanın, hətta layihəyə fərqli münasibət bəsləyən Gürcüstanın da maraqlarına cavab verir. Rusiyanın Cənubi Qafqazda öz strateji maraqlarını qorumaq üçün atdığı addımlar hazırda MDB məkanında Qərbin nüfuz dairəsini azaltmaq məqsədi ilə həyata keçirdiyi siyasətə adekvat olaraq düşünülüb”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





