Nida.az
Dialoq üçün Bakının seçilməsi... - Elçin Mirzəbəyli
“Dünyada baş verən proseslərə Azərbaycanın yanaşması iki kontekstdən - beynəlxalq hüquq çərçivəsindən və humanizm prinsiplərindən olub. Bu siyasət davamlı olaraq həyata keçirilib və bu gün də davam etdirilir. Tarix də həmişə sübuta yetirib ki, ölkəmizin yanaşması ən doğru yanaşmadır”.
Bunu Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert əlavə edib ki, ölkəmiz təhrikedici yanaşmalarla çıxış etmir və baş verən bütün problemlərin dialoq vasitəsilə humanizm prinsipləri, humanizm faktoru nəzərə alınmaqla həll olunmasının tərəfdarı kimi daha doğru bir istiqamətdə hərəkət edir: “Bütün bunları nəzərə alsaq, humanitar məsələlərin müzakirəsi üçün Fransa prezidentinin Azərbaycan Prezidentinə müraciətində heç bir problem yoxdur. Qeyd etmək lazımdır ki, ölkəmizdə uzun illər ərzində mədəniyyətlərarası dialoqla bağlı müxtəlif platformalarda qlobal beynəlxalq tədbirlər həyata keçirilir. Azərbaycanın BMT çərçivəsində bununla bağlı qaldırdığı çox mühüm təşəbbüslər var. Son olaraq, bizim vaksin millətçiliyi ilə bağlı atdığımız addımlar, eyni zamanda koronavirus pandemiyasının başladığı günlərdən ölkəmizin həm ÜST-yə, həm də virusa qarşı mübarizədə problem yaşayan ölkələrə yardımları hər kəsin gözü qarşısında oldu”.
E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycanda bir neçə dəfə NATO və Rusiya komandanlığının, eyni zamanda ABŞ və Rusiya komandanlığının yüksək rütbəli şəxslərinin görüşləri keçirilib: “Azərbaycan həm də hərbi-siyasi dialoq platforması kimi mütəmadi olaraq qlobal məsələlərin həlli prosesinə ev sahibliyi edib. Bu aspektdən fikrimcə, həm Ukraynanın, həm də Rusiyanın Azərbaycana etimadı var. Bu etimad isə Azərbaycanın siyasətindən qaynaqlanır. Belə bir dialoqun Azərbaycanda keçirilməsi istənilən halda gözləniləndir. Məhz Ukrayna tərəfi də ilk olaraq Bakının adını səsləndirmişdi. Bütün bunları nəzərə alaraq demək mümkündür ki, iki ölkə arasında dialoqun Azərbaycanda keçirilməsi bir daha ölkəmizin qlobal proseslərdə neytral və obyektiv rolunun göstəricisi olacaq”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






