Nida.az
Bu müharibədə qalib olmayacaq - Ekspert
“Rusiyanın əsas məqsədi Ukraynanı parçalamaqdan və orada özünə uyğun bir hakimiyyəti iqtidara gətirməkdən ibarətdir. Rusiya bununla bir daha göstərir ki, Qərblə arasında olan münasibətləri Üçüncü Dünya müharibəsi səviyyəsinə çıxaracaq qədər təhlükəli bir dövlətdir”.
Bunu Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Rusiyanın Kiyevə hücumlarının arxasında da məqsəd var: “Əgər bir ölkənin paytaxtı düşmən tərəfindən işğal olunarsa, idarəetmə sistemi tamamilə pozular. Çünki rabitə kanalları, optik və digər idarəetmə sistemləri adətən paytaxtda yerləşir. Paytaxtın düşmən əlinə keçməsi isə idarəetmənin itməsinə səbəb olur, qoşunların fəaliyyətinin yönəldilməsində kifayət qədər böyük problemlər yaradır. Bütün bunları nəzərə alan Rusiya qoşunları paytaxta doğru can atır. Ən böyük qruplaşmasını da məhz paytaxt ətrafında toplamağa çalışır. Hesab edirəm ki, Ukrayna üçün ən ağır günlər bu gün və sabah olacaq. Bu 2 gün ərzində paytaxtı əllərində saxlaya bilsələr, bəlkə də sonrakı hadisələrin gedişatında müəyyən dönüş yarana bilər”.
Ekspertin fikrincə, Ukrayna 1 həftə ərzində müqavimətini eyni tempdə davam etdirə bilsə, o zaman Rusiya logistika, daşınma, təminat və təchizatda kifayət qədər ciddi problemlərlə qarşılaşacaq: “Ukrayna hazırda əsas diqqətini ehtiyat qüvvələrin ölkəyə soxulmasının qarşısının alınmasına yönəltməlidir. Yəni, rus ordusuna ehtiyatlar gəlməzsə, təminat-təchizat çatdırılmazsa, o zaman onların əməliyyatları davam etdirmək şansı azalacaq. Bu isə bəzi yerlərdə qoşunların geri çəkilməsi ilə nəticələnə bilər”.
Ə.Verdiyev vurğulayıb ki, hansı nəticə ilə bitməsindən asılı olmayaraq, bu müharibədə qalib olmayacaq: “Qərb isə Rusiyadan uzun illərin heyfini çıxmaq üçün ona qarşı tətbiq edə biləcəyi əksər sanksiya paketlərini artıq tətbiq edib. Ukrayna ərazi, infrastruktur, obyekt, yaşayış məntəqələri baxımından böyük itkilərə məruz qalsa da, Ukrayna xalqı göstərdi ki, Rusiyaya qarşı yalnız Ukrayna ordusu deyil, eyni zamanda hər bir Ukrayna vətəndaşı da müqavimət göstərir, savaşır”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

































.jpg)
.jpg)

