Nida.az
Ermənistan ciddi təlaş içindədir - Zaur Məmmədov
“Ermənistan baş naziri Nikol Paşinyanın sülh müqaviləsi ilə bağlı açıqlamaları indiki halda ondan xəbər verir ki, Ukrayna hadisələri fonunda Ermənistan ciddi təlaş içindədir. Ermənistan başa düşür ki, onun güvəndiyi ölkənin başı qarışıb və hər an istənilən insidentin baş tutması istisna deyil”.
Bunu Publika.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, biz Ukraynada müharibənin başlamasından bu günə qədər erməni təxribatçılarının susduqlarını, qorxduqlarını və yenə də yuvalarında gizləndiklərinin şahidi oluruq: “Dünənə kimi Rusiya sülhməramlılarının arxasında gizlənib Azərbaycan ordusuna atəş açan erməni təxribatçıları bu gün nədənsə görünmürlər. Ona görə erməni xalqı bu kimi yalançı, təxribatçı çıxışlara inanmamalıdırlar. Ermənilər başa düşməlidirlər ki, onların terrorçu qrupları 100 il bundan öncə olduğu kimi bu gün də Azərbaycan ordusu qarşısında cəsarətsiz, qorxaq olaraq qalmaqdadırlar və hazırda hər hansı təxribata əl atsalar,heç kim onların imdadına çatmayacaq. Ermənistanın yeganə yolu Azərbaycanla sülh müqaviləsi imzalanmaqdan keçir”.
Z.Məmmədov vurğulayıb ki, Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolları olmadığını başa düşürsə, bu, erməni tərəfi üçün müsbət hal hesab oluna bilər: “Biz sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsinin imzalanması və sərhədlərin açılması ilə bağlı nailiyyətlər əldə edə bilərik. Amma sülh müqaviləsi imzalanmadan, siyasi məsələlər öz həllini tapmadan biz digər məsələlərdə çox çətin ki, hansısa razılaşmalar əldə edə bilək. Hazırda Ukrayna məsələləri fonunda bir qədər durğunluq yaşanır, lakin Ermənistan onun qarşısında qoyulmuş tələbləri unutmamalı və bir-bir icra etməlidir”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
