Nida.az
Bu, sülhün bərqərar edilməsinə zərbə vurur - Deputat
“Son günlər Ukraynada baş verən hadisələr fonunda istər Qarabağdakı separatçılarda, istərsə də ermənilərin özündə müəyyən qədər sakitlik yaranmışdı. Lakin Ermənistanda yeni prezidentin təyin edilməsindən sonra proses demək olar ki, ayrı bir istiqamətə yönəldi”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputatın sözlərinə görə, seçilmiş yeni prezident Paşinyanın təyin etdiyi şəxsdir: “Eyni zamanda, o, Ermənistanın birinci prezidenti Petrosyanın da vaxtilə köməkçisi olub. Bu o deməkdir ki, artıq “Qarabağ klanı” və özlərini müxalifət adlandıran digər qüvvələr siyasi səhnədən kənarda qaldılar. Bura eyni zamanda separatçılar və Qarabağda olan müəyyən qüvvələr də daxildir. Bütün bunların fonunda Qarabağda olan separatçı qüüvvələr Rusiya sülhməramlılarının arxasında gizlənərək təxribatlar törədirlər və Qarabağda bu kimi hadisələr ilk dəfə deyil ki, yaşanır”.
A.Nağıyev vurğulayıb ki, həmçinin Rusiya Müdafiə Nazirliyinin məlum “Dağlıq Qarabağ” ifadəsi birmənalı şəkildə həm Rusiya ilə Azərbaycan arasında müttəfiqliyə, həm 10 noyabr razılaşmasına, həm də regionda sülhün bərqərar edilməsinə zərbə vurur: “Çünki bu kimi ifadələr Azərbaycan tərəfində qıcıq yaradır. Azərbaycanın Xocalı soyqırımı ilə əlaqədar Qarabağda azan verməsi, Azərbaycan himnini və Koroğlu uvertürasını səsləndirməsi bir daha bu torpaqların kimə aid olmasının göstəricisidir. Azərbaycan özünə qarşı törədilmiş istənilən təxribata lazımi şəkildə cavab verəcək. Rusiya tərəfi də başa düşməlidir ki, “Dağlıq Qarabağ” ifadəsi kimi absurd məsələləri qabartması problemin anti-terror əməliyyatı ilə nəticələnməsinə gətirib çıxara bilər. Bu kimi təxribatlar əvəzinə bir vasitəçi kimi 10 noyabr razılaşmasından irəli gələn məsələlərin həllinə çalışsa, daha yaxşı olar”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)

























.jpg)

.jpg)