Nida.az
Şuşa Bəyannaməsi böyük perspektivlər daşıyır - RƏY
“Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibəti dünya ölkələri üçün bir nümunədir. Bu iki ölkə arasında olan əlaqələr başqa heç bir dövlətlər arasında yoxdur. Qardaş ölkə ilə imzalanan Şuşa Bəyannaməsi bu münasibətləri rəsmiləşdirib”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Türkiyəyə səfər etməsi çox əlamətdar bir hadisədir: “Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə başçısının fəaliyyətinin göstəricisidir. 4 saat davam edən görüşdən belə nəticə çıxır ki, prezidentlər arasında çox ciddi məsələlər müzakirə olunub. Şuşa Bəyannaməsi iki ölkə üçün böyük perspektivlər daşıyır. Bu sənəddə iki ölkənin gələcək üçün birlikdə atacağı addımlar qeyd olunub. Şuşa Bəyannaməsi bütün dünyaya bir daha Azərbaycan-Türkiyə qardaşlığının nə qədər böyük və sarsılmaz olduğunu göstərdi. Burada ən vacib məsələlərdən biri iki qardaş ölkə arasında olan hərbi-texniki əməkdaşlığın inkişafıdır. Azərbaycan və Türkiyənin əsas məqsədlərindən biri ordunun peşəkarlığını artırmaqdır. Qardaş ölkənin ordusunun dünyada ən güclü silahlı qüvvələrdən biri olduğunu hər kəs bilir və Azərbaycan da öz ordusunu Türkiyə modelinə uyğunlaşdırır. Digər tərəfdən, hər iki ordunun müasir texnikalara yiyələnməsi məsələsində də işlər aparılır. Şuşa Bəyannaməsində xüsusi vurğulanmış bəndlərdən biri də iki ölkədən birinə hər hansısa üçüncü dövlət hücum edərsə, Azərbaycan və Türkiyənin birlikdə hərbi addımlar atmasıdır. Bir sözlə, bu sənəd bütün sahələri özündə ehtiva edir və regionda sülhün bərqərar olmasında böyük əhəmiyyət daşıyır”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
